“Gör bir, sən özün türk qızı olasan öz dilini bəyənməyəsən! Özün türk övrəti olasan, iyirmi il bundan müqəddəm sadə türk külfətindən çıxasan, indi... Türk qızları ancaq əfsərə getməkdən və ya firǝng dilini bilməkdən ötəri və öz dilini, millətini düşmən tutmaqdan ötəri mədəniyyətin dalınca gedirlərsə, heç getməsələr yaxşıdır...”
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
"Xeyr, bizim qız əlini isti sudan soyuq suya vurmaz. Ərə verəndə elə adama verəcəyəm ki, evdə heç şey etməsin. Uşaqlardan ötəri ayrı qulluqçu saxlasın, ev işlərindən ötəri də bir ayrısını.”
“Morğe-səyvade-toəm, oftadeəm bər dame-to,
Ya bekoş, ya dane deh, ya əz qəfəs azad kon.”
“Sənin ovladığın quşam, toruna düşmüşəm,
Ya öldür, ya dən ver, ya qəfəsdən xilas et.”
“Və camaat qəzetəni almayanda biçarə mühərrir nə ilə dolansın və kimin üçün yazsın. Hərgah müsəlman milləti bunu anlaya ki, qəzetə göz açar, insanı qaranlıqdan işıqlığa salar və bilmədiyini bildirər, əlbəttə, onda qəzetəni alan da və kömək edən də çox olar. Və nəinki qəzetə, özgə işlər də bunun kimi.”
“Sən elə fikir edirsən bizim əhli-qələmin əksəri bir şey inşa edəndə fikirləri o yerdə olur ki, onların əsərlərindən camaat mənfəətbərdar olsun? Xeyr! Yazanlarımızın əksəri ərəb və fars sözlərini bilməkdə hünərlərini göstərmək istəyirlər. Bundan savayı, bu cür dəxi əhli-qələm vardır ki, özlərini xalqın nəzərində artıq göstərməkdən ötəri şerlər düzəldirlər. Bu biçarələr gecədə bir qafiyə düzəldib gözəl vaxtlarını puç edirlər. Və dəxi bir parası vardır ki, bu xeyirsiz işlərə bəs etməyib müsəlman millətinə dair mədəniyyət və məişət xüsusində bir para lazım olan məsələləri rus qəzetələrində yazırlar, tainki qeyri millətdən də afərin eşitsinlər.”