Aylar keçər, dolanar il,
Səni deyib gəzərəm mən
Ayrılıq ki, ölüm deyil,
Ayrılığa dözərəm mən.
Nə dünyadan, nə də səndən,
Öz bəxtimdən küsərəm mən,
Sən nigaran qalma məndən,
Ayrılğa dözərəm mən...
Yarpaq kimi saralsam da,
Yoluna gül düzərəm mən
Gözləməkdən yorulsam da,
Ayrılığa dözərəm mən..
Gülü bitməz solan bağın,
Ünü yetmez öten çağın.
Təki gəlsin xoş sorağın
Ayrılığa dözərəm mən...
Mən dözmərəm darda olsan,
Qasırğada, qarda olsan.
Sən xoshbəxt ol, harda olsan.
Ayrılığa dözərəm mən...