esvena

esvena
@esvena
8 okur puanı
Nisan 2022 tarihinde katıldı
Puan vermedi·80 syf.··
2023 3. kitabı
Kitabı tövsiyə edərkən qeyd edim ki, həqiqətən də bu bir məktubdur və o heç vaxt öz sahibinə çatmır.Burada siz gerçək hisləri və hadisələri oxuyacaqsınız. Frans Kafka atasına deməyə cəsarəti çatmadığı düşüncələrini məktub vəsitəsi ilə yazmağa çalışır,hətta özü də qeyd edir ki,burda belə bəzi şeyləri tam rahatlıqla yaza bilmir.Oxuduqda mütləq öz valideyninizlə olan münasibətinizi axtaracaq, xatırlayacaqsınız,bəlkə sizin də sadəcə ağlınızdan keçirib dilə gətirmədiyiniz, keçdikdə də ötüşdürdüyünüz həqiqətləri oxuyacaqsınız.Kafka atası ilə olan soyuq, qəliz münasibətini o qədər detallı ifadə edib ki, empatiya qurmamaq mümkün deyil.Amma onu da qeyd edim ki,hər halda Kafka atasını sevirdi...
Atama MəktubFranz Kafka · Qanun Nəşriyyatı · 202053,9bin okunma
9/10
·268 syf.··
Beğendi
·
2023 1. kitabı
·
11 günde okudu
·
Okunma: 04 Şubat 2023 18:52
Bukovskinin avtobioqrafik romanı olan bu kitab sayəsində yazarı daha yaxından tanıyırıq. Henry Chinaski(atasının adı Henry,China-Çin ən sevdiyi şəhər və -ski öz adının sonluğu)dünyəviləşə, cəmiyyətə uyğunlaşa bilməyən və ən önəmlisi buna çalışmayan bir obrazdır.Bəzən çalışmamaq o qədər çox cəsarət istəyir ki,sistemə qarşı gəlmək amma bunu müharibə şəkilində yox sakit və özündən əmin,heç kimə heç nə sübut etmədən davam etdirmək .Bir çoxumuz onunla eyni hissləri bölüşürük, oxuyanda 'bu mənəm' deyərik amma aramızdan neçəsi onun qədər inadkardı? Onun inandığı, müdafiə etdiyi xüsusi bir şey yoxdur,o itib və doğru yolu axtarır, inandığı bir şey yoxdu amma nəyə inanmamalı olduğunu dəqiq bilir və digərlərinin əzbərləmiş həyatını inkar edir. Bir yol tapırmı?bir nəticəyə gəlirmi?çox güman digər avtobioqrafiyası olan Factotumda yolun davamını oxuyacağıq. Bundan əlavə olaraq Bukovskinin zarafat mizahı sadəcə dəhşətdir.Digər oxucuları bilmirəm amma hələ məni həm bu qədər ağladan həm də güldürən ikinci bir kitab oxumamışam. Qaldı ki, sitat gətirməyə o qədər altını xətlədiyim hissə oldu ki,hansı ən bəyəndiyimdi seçə bilmirəm, təsadüfü birini aşağıya buraxıram. Xoş mütaliələr) "Bırakacağını biliyordum,” dedi yavaşça. ‘Başlayacağını’ demek daha yerinde olurdu.
Ekmek ArasıCharles Bukowski · Metis Yayınları · 20228,2bin okunma