“Məni öldürməyən şey mənə güc verir”.
Xalis cəfəngiyyatdır. Ən azı müasir yozumu baxımından şitdir. Gündəlik həyatda əzab insanı gücləndirmir. Onu üzür. Kövrək edir. Taqətdən salır. İnsan ruhu heyvan dərisi deyil ki, aşılandıqca möhkəmlənsin. İnsan ruhu həssas, titrək, zərif membrandır. Zərbələr onu yırtır, iz salır, ürkək edir. Bax elə bu vaxt əzab xəstəliyə çevrilir. Öz nəfəsi, qərarsızlığı ilə dönüb insanın şəxsi həyatı olur. Bu xəstəlik xəbərsiz oyanır, ən dəhşətlisi isə,özü ilə qidalanır. Onların indiki zamanla və ətraf mühitlə əlaqəsi qırılır. Hətta bu əlaqə olsa belə, elə dərinə, elə gözdən uzaq, xəlvət bir yerə gömülür ki, heçkəs - hətta psixiatr özü də onu üzə çıxara bilmir…
Biz öz reallığımızı həmişə öz inanclarımızın üstündə qururuq. Əgər inanclarının nədən ibarət olduğunu bilmək istəyirsənsə, dön həyatına bax, bax gör nəyin var, nəyin yoxdur. Həyat həmişə inanclarımızı əks etdirir.
“İnsanın şəxsiyyəti necə də kövrək imiş, -Mark çarpayının qırağında oturub onun süst əlini əlinə alanda, özlüyündə fikirləşdi. -Şüşə kimi kövrək.” Bir xəstəlik, ya da bircə xatirə bəs edir ki, insanı bənzərsiz edən şeyi sındırıb, arxada yalnız içi boş gövdə buraxsın.
Bunun adı dissosiativ fuqadır, yəni bir növ öz şəxsiyyətindən qaçış. İnsanlar travmatik yaşantılarından can qurtarmaq üçün özlərinə başqa bir şəxsiyyət uydururlar. Onlar öz dairələrini tamamilə tərk edirlər. Bu zaman özlərini tamam başqa şəxsiyyət kimi qələmə verirlər. Bununla belə, bu halın klassik yerdəyişmə ilə heç bir əlaqəsi yoxdur, çünkü o zaman xəstə şüurlu olaraq travmatik hadisə haqqında xatırlamaq istəmir. Çox güman ki, onun halı şüuraltı qoruma funksiyasının işə düşməsidir ki, xəstə buna nəzarət edə bilmir. Bir qayda olaraq bu adamlar psixoloji cəhətdən diqqət cəlb etmirlər və ətrafındakılar onların uydurma şəxsiyyətinə inanırlar.