Fatima

Fatima
@falskr
7 okur puanı
Nisan 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap

Fatima

, bir kitap okudu
Puan vermedi·428 syf.·
13 günde okudu
·
2025 4. kitabı
Wulf Dorn
8.6/10 · 11,4bin okunma
“İnsanın şəxsiyyəti necə də kövrək imiş, -Mark çarpayının qırağında oturub onun süst əlini əlinə alanda, özlüyündə fikirləşdi. -Şüşə kimi kövrək.” Bir xəstəlik, ya da bircə xatirə bəs edir ki, insanı bənzərsiz edən şeyi sındırıb, arxada yalnız içi boş gövdə buraxsın.
Bunun adı dissosiativ fuqadır, yəni bir növ öz şəxsiyyətindən qaçış. İnsanlar travmatik yaşantılarından can qurtarmaq üçün özlərinə başqa bir şəxsiyyət uydururlar. Onlar öz dairələrini tamamilə tərk edirlər. Bu zaman özlərini tamam başqa şəxsiyyət kimi qələmə verirlər. Bununla belə, bu halın klassik yerdəyişmə ilə heç bir əlaqəsi yoxdur, çünkü o zaman xəstə şüurlu olaraq travmatik hadisə haqqında xatırlamaq istəmir. Çox güman ki, onun halı şüuraltı qoruma funksiyasının işə düşməsidir ki, xəstə buna nəzarət edə bilmir. Bir qayda olaraq bu adamlar psixoloji cəhətdən diqqət cəlb etmirlər və ətrafındakılar onların uydurma şəxsiyyətinə inanırlar.
Uşaqlıqdakı bəzi yaralar sağalmır. Sadəcə, müvəqqəti olaraq unudulur. Zaman böyüyənə qədər bizə möhlət verir, ondan sonra isə bu yaralar müəyyən məqamlarda özünü yenidən xatırladır.