Fərəh Süleymanova

Fərəh Süleymanova
@farahsva
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Bakı
2 Haziran
8 okur puanı
Eylül 2024 tarihinde katıldı
...Gecə əşyaları otağıma yerləşdirəndə Fəridlə bulvarda çəkdirdiyimiz şəkli gördüm. Bunu yeni il gecəsi çəkdirmişdik. Ətrafımızdaki sıxlıqdan bilinirdi ki, axşam evə getmək üçün taksi tapa bilməyəcəkdik. O vaxtlar Fəridin maşını da yox idi. Buna baxmayaraq elə qayğısız gülümsəyirdik ki, elə bil dünyadaki bütün dərdlərdən azadıq. İnsan sevdiyi insanların yanında olanda özünü dünyadaki bütün mənfi şeylərdən uzaq hiss edirmiş…
Alıntı
Reklam
Mən ona nə cavab verəcəyimi bilmədim. İstəyirdim ki, onu od kimi yandırıb-yaxacaq nəsə deyim. Elə bir şey ki, ölüm yatağında da yadına düşsün. Mənə belə söz dediyi üçün hər gün peşman olsun. Yuxudan oynananda da, gecə yatanda da düşünüb özünə nifrət eləsin. -Anamı da bu zəhərli sözlərlə öldürdün…
Alıntı
Mən ayağa qalxıb getməyə hazırlaşdım. Boş stula asılmış gödəkcəmi geyinib zəncirbəndi çənəmə qədər çəkdim. Təşəkkür etmək üçün söz alacaq idim ki Səma bacı məni qabaqladı: -Bircə, əgər atan rəhmətə getməsə, - dedi, - sən bir də qayıtmayacaqdın? Başımı sağa-sola yellədim. -Heç darıxmırdın? -Heç, - dedim. -Bacın üçün də? -Reyhan üçün də. -Bəs anan? Sən ki hər həftə onun məzarını ziyarət etməsən yata bilməzdin. O anam haqqında soruşanda elə bil məni tok vurdu. İstədim onu zəhərli sözlərlə incidib belə bir sual verdiyinə peşman edəm, ancaq susub dayandım. Bunun əvəzinə onun sualı haqqında düşünməyə başlamışdım. Sanki, o, yenə məni öz sehrli gücü ilə ovsunlamışdı. -Orda gördüyüm, - dedim, - anam yox, qəbir daşı idi. Mən anamın torpaq altında yatdığını çox gec dərk elədim… Səma başını çevirib çatırtı ilə yanan sobaya baxdı. Çox güman ki, o, öz sualının mənim üçün ağır olduğunu başa düşmüşdü. -Yaman soyuqlaşmısan. Ürəyin buz tutub elə bil...
Alıntı
“Mənim üşüməkdən zəhləm gedirdi. Reyhan bunu hiss elədiyindən, ya da özü də üşüdüyündən sobanın qazını artırdı. Qonaq otağındaki masanın arxasında əyləşib üstünə düzdüyümüz qab-qaşığı öz qablarına yerləşdirməyə başladı. Bu qəribə səssizliyə dözə bilməyib başımı qatmaq üçün mən də keçib onun qabağında əyləşdim və stəkanları öz qutularına yerləşdirməyə başladım. -Sənin üçün yaman çox darıxırdı. Anidən başımı qaldırıb Reyhana baxdım. O an üzümdə olan ifadəni təxmin edə bilmirdim. Təəccübmü, qəzəbmi var idi, yoxsa ifadəsiz bomboş baxışla baxırdım? İndi düşünəndə heç yadıma sala bilmirəm. O yadımdadır ki, Reyhan bu cümləni deyən kimi ağlamamaq üçün dodağını dişlədi, ancaq əlindəki boşqab sürüşüb yerə düşəndə özünü saxlaya bilmədi. Elə acınacaqlı, yanıqlı səslə ağladı ki, az qaldım ona qoşulub ağlayam, amma özümü saxladım. Utanmasın deyə qalxıb boşqabın qırıntılarını kardon qutulardan birinə yığıb otaqdan çıxdım. Reyhanın səsi mətbəxdən də çox aydın eşidilirdi, hətta susmaq əvəzinə daha da şiddətlə ağlayırdı. Həmin an başa düşdüm ki, məndən yan ötən fırtına onun dünyasını tamamilə alt-üst edib. Yaman soyuq gecə idi... Qalın geyinib sobanı yanıq qoysam, yorğanıma bürünsəm də yuxuya gedənə qədər heç cür isinə bilmədim. Mən elə hey Reyhanı düşünürdüm. Mənə elə gəlirdi ki, o, bu dəqiqə məndən daha çox üşüyür, hələ də yorğanının altında gizli-gizli ağlayır və yata bilmir. Məni qışa bir daha nifrət etdim. Mənim anamı məndən alan qış, bu dəfə Reyhanın atasını almışdı”.
Alıntı
Mən başa düşdüm ki, onun mənimlə içəri keçmək niyyəti yoxdur. Odur ki, o başqa otağa keçəndə bir müddət onun arxasıyca baxdım. Maşınla kəndə girəndən bədənimdə başlayan titrəmə elə bir həddə çatmışdı ki, otağa addımımı atan kimi ayaqlarımın məni saxlamayacağını, özümü tamamilə itircəyimi və hətta yerə çöküb hönkürtü ilə için-için ağlayacağımı düşünməyə başlamışdım. Bu düşüncələr mənə hal-hazırda hər şeydən daha qorxunc görünürdü. Mən qapının önünə gələnə qədər heç vaxt özümü məğlub olmuş kimi hiss etməmişdim, elə bil mənim bundan sonraki bütün taleyim də bu otağa girəndə baş verəcək hadisələrdən asılı idi... Lakin heç nə mənim düşündüyüm kimi olmadı. Dərin nəfəs alıb otağa keçəndə gördüm ki, məgərsə məni müharibə meydanı gözləmirmiş. Məni bir molla, səslərini eşidə bilmədiyim bir neçə qohumumuz və mənimlə əvvəlki kimi savaşacağını gözlədiyim düşmənimin - atamın meyidi gözləyirdi.
Alıntı