hər kəsə kiçik yaşlarından verilən o məşhur sual; "böyüyəndə nə olacaqsan?"
fərqli cavablar səslənir,biri deyir həkim,biri müəllim,başqası da mühəndis. bəs,bəlkə sadəcə xoşbəxt olmaq? "böyüyəndə xoşbəxt olacam"-çox qəribə səslənmir?
xoşbəxtlik nədi ki? yüksək vəzifə? çoxlu dost-tanış? pullu sevgili?
təbii ki,bunların heç biri. xoşbəxtlik sevdiyin peşəyə ömrünü,könlünü adamaqdır. az olsa belə haçan arxanı dönsən orda olacağına əmin olduğun dostlarının olmasıdı. xoşbəxtlik səni sevən,səni başa düşən,hər halınla qəbullanandı.
xoşbəxtlik yorğunkən içdiyin bir fincan çay,sonunda nə olacaq,-deyə gözlədiyin bir film, sitatlarına aşiq olduğun bir kitabdı. xoşbəxtlik bəzən bir insan,bəzən dostlarla keçirilən maraqlı bir vaxt,bəzən isə sadəcə sən özünsən.
darıxmaq istəyirəm buralar üçün,çox darıxmaq istəyirəm. o qədər uzaq qalım ki,necə sevdiyimin fərqinə varım. deyinə-deyinə avtobusla gedərkən,"niyə pəncərədən baxıb hər küncünü beynimə yazmadım",deyə heyifsilənim. həsrətdən burnumun ucu göynəsin,qoy başa düşüm ki,xoşbəxtliyim hansısa şəhərdən və ya dörd divardan ibarət deyil. mən xoşbəxtliyimi hardasa,kimdəsə axtarmalı deyiləm, çünki o həmişə mənimlə olub. və mən həyatım boyu mənlə olan bir şeyi axtarmışam.