• Ədalətsiz dünyada ədaləti axtarmaq
    Ədaləti təkbaşına bərqərar etmək, ədalətin pozulmuş tərəzisini öz qanunlarımızla nizamlamaq mümkündürmü? Hamımız, daha doğrusu içindəki vicdan və ədalət hissi diri olanlar, heç olmasa ömrümüzdə bir dəfə bu barədə düşünüb, hansısa fədakarlığa, hansısa məhrumiyyətə ehtiyac hiss etmişik. Çünki lap əzəldən ədalətin tərəzisi düz çəkmir. Və insan ədalət axtarışındadır.
    Başqasına ədalətsizlik etmədən öz haqqını almağın, insanları incitmədən beynində qurduğun ilahi ədalətə qovuşmağın məncə mümkünsüzdür. Sən öz pozulmuş hüquqlarını qoruyarkən başqalarının haqqını tapdalayırsansa, buna görə cavab vermək məcburiyyətində qalacağını da anlamalısan. Bu da başqalarının gözlədiyi ədalətdir. XIX əsr Alman ədəbiyyatının ən ciddi nümayəndələrindən biri hesab edilən Haynrix fon Klaystın (Heinrich Von Kleist) “Michael Kohlhaas” (Maykl Kolas) əsəri təkbaşına ədaləti bərqərar edəcəyinə inan, sadə bir at tacirinin həyatından bəhs edir. Frans Kafka, Klaystın bur romanı haqqında deyir: “Nə zaman yadıma düşsə, göz yaşlarımı saxlaya bilmirəm”. Kafkanın bu qədər həssas yanaşdığı bu əsərin qəhrəmanı Kolasın faciəsi doğrudan da olduqca həzin və təsirlidir.
    Ədalətli qorxunc adam…
    XIV əsrin ortalarında Havel çayının sahillərində yaşayan və at ticarəti ilə məşğul olan Maykl Kolas Klaystın təbirincə desək “dövrünün ən ədalətli ancaq ən qorxunc adamıydı”. Günlərin birində parçalanmış Almaniyanın gənc və harınlamış əsilzadələrindən birinin adamları Kolası hər zaman keçdiyi Tronkenburqda heç bir səbəb olmadan saxlayırlar. Atların keçdiyi torpaqların gənc ağası, Kolasdan icazə kağızı tələb edir. İcazə kağızı üçün öz yaşadığı yerə qayıtmalı olan Kolasın iki seçmə qara atını və bir qulluqçusunu gənc baron girov saxlayır. Kolas icazə almağa çalışdığı dönəmdə Tronkenburq əsilzadəsinin adamları onun qara ayğırlarını təsərrüfatda işlədir, buna mane olmaq istəyən qulluqçusunu isə ölümcül döyüb, qovurlar. Baronun ədalətsiz davranışı at tacirini özündən çıxarır. İcazə almaq üçün müraciət etdiyi dövlət idarəsində məlum olur ki, Tronkenburqdan keçmək üçün heç bir icazə kağızına ehtiyac yoxdur. Kolas hüquqi müstəvidə mübarizəyə başlayır və gənc baronu məhkəməyə verir. Məhkəmədə yaxın qohumları olan barona qarşı şikayəti təmin edilməyən at taciri mübarizəsini davam etdirmək üçün torpaqlarını, illərlə qurub yaratdığı evini satmağa qərar verir və qərarını belə əsaslandırır : “Hüquqlarımı qorumaq istəməyən bir ölkədə qətiyyən qala bilmərəm. Əgər ayaqlar altında əziləcəyəmsə, insan olmaqdansa it olmağı seçərəm”.
    Bu dəfə Kolas birbaşa kral sarayına şikayət etmək üçün həyat yoldaşı ilə yola çıxır. Amma bu səfər faciə ilə sonuclanır. Kolasın həyat yoldaşı baronun qohumları tərəfindən öldürülür və Kolas ədaləti bərqərar etmək üçün öz mübarizəsinə başlayır.

    Qanunlar bizi qoruyurmu?

    “Maykl Kolas” romanı 1500-1540-cı illər arası yaşamış alman üsyançısı Hans Kolhasenin başına gələnlərdən təsirlənərək qələmə alınıb. Klayst bu əsəri ölümündən bir neçə il əvvəl tamamlayıb. Əsərdə dövrünün böyük kilsə reformisti Martin Lüterin də maraqlı obrazı yaradılıb. Lüter üsyanın və qırğının qarşısını almaq üçün Kolasa məktub yazıb, nə üçün insanları öldürdüyünü, şəhərləri yandırdığını soruşur. Martin Lüteri və onun kilsədə həyata keçirməyə çalışdığı islahatları dəstəkləyən Kolas onun görüşünə gedir və atdığı addımların səbəbini izah etməyə çalışır: “Əgər hüquqlarım pozularaq cəmiyyətdən kənarlaşdırılmasaydım, mənim mübarizəm ədalətsiz hesab oluna bilərdi. Qanunların qorumadığı bir insanı mən cəmiyyətdən təcrid olunmuş hesab edirəm.”
    Martin Lüterə görə Kolas baronu ələ keçirmək, haqqını almaq üçün apardığı dəhşətli mübarizədə başqalarının hüququnu pozur, ədalətsiz davranır. İstənilən halda, dövlətin müdafiəçisi kimi görünsə də Lüterə bu baxımdan haqq qazandırmamaq olmur. Yandırılan şəhərlərdə öldürülən günahsız adamların heç birinin baronla əlaqəsi olmadığı üçün, bu məqamda Kolas ədalət mizanı pozmuş sayılır və bu cəzasız qala bilməzdi. Kolas bu həqiqəti gec də olsa dərk edir.
    Kolasın üsyanı xalqın oyanmasına, üsyana qalxmasına səbəb olur. Öz yaxın ətrafı ilə mübarizəyə başlayan Kolas, böyük bir ordunu idarə etməyə başlayır. Onun öz hüquqları uğrunda başladığı mübarizə, bütün xalqın mübarizəsinə çevrilir.

    Ədalət və ölüm

    Dövlətlə danışığa gedən at taciri barondan girov qoyduğu atlarını almaqla yanaşı, döyülmüş qulluqçusu üçün təzminat almağa, baron Ventselin iki illik həbs olunmasına nail olur. Amma Kolasın ədaləti bərqərar etmək üçün apardığı qeyri-qanuni mübarizə də cəzasız qalmır. Yandırdığı şəhərlərə və öldürdüyü insanlara görə onu edama məhkum edirlər. Edamdan əvvəl at taciri baron Ventseldən geri aldığı iki qara ayğırın yüyənindən tutub oğlanlarına təhvil verir. Oğlanlarına təhvil verməyi bacardığı atlar əslində onun azadlıq və ədalət uğrunda apardığı mübarizənin simvoludur. Kolasın mübarizəsindəki paradoks, onun ədaləti axtararkən insanlara qarşı ədalətsizlik etməsidir. Bəs əsərin sonluğunu ədalətin zəfəri saymaq olarmı? Klaystın qələmə aldığı bu paradoks dolu əsər, oxucu üçün ciddi suallar yaradır. Bu mübarizəyə haqq qazandıranlar da, bu mübarizə metodunu səhv hesab edənlər də olması çox normaldır. Çünki hər kəsin ədalət anlayışı fərqlidir. Ömrünü axtarışlarda keçirib, gənc yaşında sevgilisi ilə birlikdə intihar edən müəllif məncə özü də bu paradoks qarşısında aciz qalıb. Əsərin sonluğundan da bunu hiss etmək çətin deyil.
  • Azadlıq nədir?
    Azadlıq anlayışını necə qavrayırıq?
    Azad insanın konkret tərifini verə bilərikmi?
    Bu suallar ətrafında saatlarla diskussiya aparmaq, onlarla kitab yazmaq mümkündür. Amma bu yazıda mənim məqsədim azadlıq haqda ətraflı diskussiya açmaq, mövzu ətrafında polemika yaratmaq deyil. Haqqında yazacağım romanı qavramaq üçün, sadəcə ekzistensialist dünyagörüşünün azadlıq və azad insan haqda irəli sürdüyü bir neçə məqama toxunacağam.
    Ekzistensializmə görə insan heç bir kənar təsir altında qalmadan, təbii şəkildə, sosial zərurətin təsiri altında formalaşan əşya kimi çıxış etmədən, seçimləri ilə, özünü formalaşdırmaqla azadlığı əldə edə bilər. Azad insan etdiyi hərəkətlərə, atdığı addımlara, davranışlarına görə məsuliyyət daşıyır. Azad insan şərtlər nə olursa olsun, heç bir halda məsuliyyəti boynundan atmır, özünə bəraət qazandırmır.
    Ekzistensializm XX əsrdə fəlsəfədə yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biridir..

    ***

    Türk ədəbiyyatında ekzistensializmin (varoluşçuluk) iki nəhəng nümayəndəsini xatırlatmaq yerinə düşər: Yusif Atılqan və Oğuz Atay. Hər ikisi Kamü və Sartr qədər Azərbaycan oxucusuna tanışdır. Ədəbi mühitdən və ədəbi tənqiddən kənar gəzib, həyatının böyük hissəsini kənddə yaşayan Yusif Atılqan "Anayurt oteli” və "Avara adam” romanları ilə türk ədəbiyyatında yeni bir istiqamətin banisi hesab oluna bilər. Oğuz Atayın ilk romanı "Tutunamayanlar” çap olunduğu dönəmdə kifayət qədər diqqət çəkməsə də, türk ədəbiyyatında postmodernizmin ilk müjdəçilərindəndir.


    ***




    Bu yazıda Müasir Türkiyə ədəbiyyatından ətraflı bəhs etmədən, romanları ilə kifayət qədər tanınan və sevilən Hakan Gündayın "Kinyas və Kayra” romanından bəhs etmək istəyirəm. Günday 1976-cı ildə doğulub və yazdığı romanlar bir çox mükafatlara layiq görülüb. Türkiyədə kifayət qədər populyar olmaqla yanaşı, yaradıcılığı dünya oxucusuna da tanışdır. Bildiyim qədər, H. Gündayın bir neçə romanı Azərbaycan dilində də nəşr olunub. Təəssüf ki, müəllifin ona böyük şöhrət gətirən və 2000-ci ildə Türkiyədə nəşr olunan ilk kitabı, "Kinyas və Kayra” hələ də ölkəmizdə nəşr olunmayıb.


    ***


    "Kinyas və Kayra” romanı haqda zövqünə güvəndiyim kitabsevərlərdən maraqlı fikirlər eşitdiyim üçün, on ay öncə bu kitabı əldə edib oxumağa qərar verdim. 18 il öncə nəşr olunmuş səs-küylü bir türk romanını on ay öncə etsəm də, ilk oxumaq cəhdlərim uğurlu olmadı. Qış aylarında nə qədər cəhd etsəm də, 100 səhifədən (Kitabın "Doğan Kitap”da 115. 000 tirajla çap olunmuş 55-ci nəşri 531 səhifədir.) artıq oxuya, kitabla "səmimiyyət” qura bilmədim və təbii ki, "Kinyas və Kayra” digər kitablarımın arasına qarışıb unuduldu. Bu tip kitablar ümumiyyətlə "ağır” oxunur və düzgün məqamda müraciət etmədikdə mütaliə prosesi bezdirici olur. Bu yaxınlarda təsadüfən qarşıma çıxan romanı yenidən oxumağa qərar verdim və… nə qədər təəccüblü olsa da, bu cəhdimdə üç günə bitirdim. Kitabın təsirindən çıxıb yazıya başlamaq isə bir günümü aldı. Deməli, oxumaq üçün münasib şəraiti gözləmək şərtdir. Romanı oxumaq istəyənlər üçün: "Kinyas və Kayra” sakit və "yüklənməmiş” beyinlə, diqqətlə və fəhm edərək oxunmalı romanlardandır. "Kinyas və Kayra”nın mütaliəsi məni kifayət qədər yorsa da, kitabı bitirdikdən sonra altından xətt çəkdiyim cümlələrə, səhifələrin kənarına etdiyim qeydlərə baxlarsa zövq aldığımı dana bilmərəm.


    ***


    "Kinyas və Kayra” romanı 3 kitabdan – fəsildən ibarətdir: Birinci kitab – "Kinyas, Kayra və həyat”, İkinci kitab – "Kayranın yolu”, Üçüncü kitab – "Kinyasın yolu”.
    Günday "Kinyas və Kayra” romanında həyata baxışları fərqli iki dostun, ekzistensialist düşüncələrini, başlarına gələn qəribə macəraları və əhvalatları nəql edir. İlk baxışdan roman yeniyetmələr üçün əyləncəli ola biləcək açıq-saçıqlığı ilə diqqət çəkir. Eyni zamanda müəllifin həddindən artıq təkrarçılığı sizi yora bilər. Pozitiv tərəfindən baxsaq bunun üslubla bağlı olduğunu düşünə bilərik. Eyni zamanda Gündayın ilk qələm təcrübəsi olduğu üçün, bunu naşılıq kimi qiymətləndirmək də olar.
    Amma bütün dünyaya asi olan obrazların azadlıq, həyat, varlıq, dünya haqda ekzistensial düşüncələri kifayət qədər maraqlı və ciddi şəkildə təqdim olunur. Obrazların başına gələn macəralar nə qədər "qurma” olsa da, fəlsəfi düşüncələri kifayət qədər maraqlı və düşündürücüdür. Bütün üstün məziyyətləri və tənqid olunmalı məqamları ilə "Kinyas və Kayra” çox maraqlı "fiction” nümunəsidir.
    Obrazların Afrikadan Türkiyəyə qədər uzanan şiddət, zorakılıq, qumar, cinayət dolu, özlərini axtarmaqla keçən həyatları onların gündəlikləri şəklində təqdim edilir.
    Romanın əsas obrazlarından birinin – Kayranın – "Zippo” markalı alışqanın üstünə yazdırdığı "Taedium vitae” (lat. Həyatdan bezmək, məqsədsiz yaşamaq, həyatdan yorulmaq mənalarında işlədilir) söz birləşməsi əslində bütün romanı və hər iki obrazı çox gözəl ifadə edir.
    Uşaqlıqda yolları birləşən, 21 yaşlarında evdən qaçan, özlərini Kinyas və Kayra adlandıran dostlar səkkiz ildir dünyanın müxtəlif yerlərində qaranlıq bir həyat yaşayaraq özlərini axtarmaqla məşğuldurlar.

    ***
    Kinyas və Kayra bir-birinə nə qədər zidd düşüncədə olsalar da, aralarındakı bənzərliklər də zaman-zaman özünü büruzə verir. Məsələn, hər ikisi yaşadıqları dünyanın əxlaq və azadlıq anlayışına istehza edir, insanların zəkasını, düşüncələrini qəribə və anlamsız hesab edirlər. Ən böyük ortaq özəllikləri hər ikisinin mükəmməl sayıla biləcək, qayğıkeş ailələrindən uzaq qaçması, yalan danışmağa meylli olmaları və azadlığı kütlədən fərqli şəkildə anlamalarıdır. Dünyanın ən qaranlıq qitəsində – Afrikada saysız hesabsız qətllər törədən, narkotik ticarətindən, qaçaqmalçılıqdan, cinayətdən, zorakılıqdan çəkinməyən bu iki gənc cəmiyyətin qəbul etdiyi əxlaqi qaydaları və nizamı pozmaqdan zövq alır. Afrikada başlayan cinayət dolu macəralar Meksikaya qədər uzanır. Meksikadakı dəbdəbəli və qanlı həyatdan bezib birlikdə yola çıxdıqları ilk yerə, vətənlərinə qayıdırlar. Və Türkiyədə onların yolu birdəfəlik ayrılır. Daha doğrusu keçmiş həyatına qayıtmaq istəyən Kinyas Kayranı tərk edir.


    ***

    Romanı oxuduqca mənə elə gəldi ki, roman bir obrazın iki fərqli "mən”i arasındakı amansız savaşdan bəhs edir. Əminəm ki, çoxları bu qənaətə gəlib və gələcək. Çünki Kinyas və Kayra bir-birindən ayrılana qədər, daha doğrusu Kinyasın Kayranı atıb getməsinə qədər hər ikisi "zehni ölüm”ü arzulayır və bunun üçün birlikdə hərəkət edirlər. Amma mənim fikrimdəki xəyali obrazın birinci "mən”i (Kinyas) AİDS kimi qorxulu xəstəliyə tutulsa da, cəmiyyətə, ailəsinin yanına qayıtmağı seçir və buna qismən müvəffəq olur. Kayra isə qanlı cinayətlərinə davam edər, Afrikanın ucqarlarına çəkilərək öz "zehni ölüm”ünü gözləməyə qərar verir. Bu iki "mən” arasındakı mübarizədə qalib və məğlub yoxdur. Həm Kinyas, həm də Kayra özünü haqlı hesab edə bilər. Çünki yuxarıda qeyd etdiyim kimi: "Azad insan şərtlər nə olursa olsun, heç bir halda məsuliyyəti boynundan atmır, özünə bəraət qazandırmır”.



    ***

    Anarxist və pessimist ruhuna baxmayaraq "Kinyas və Kayra” romanını əldə edib oxumağı kitabsevərlərə tövsiyə edirəm.
    Təəssüf ki, Hakan Gündayın yaradıcılığı ilə əhatəli tanışlığım yoxdur.
    Sadəcə "Kinyas və Kayra” romanını, bir neçə müsahibəsini və əsərlərindən parçaları oxumuşam və onun ssenarisi ilə çəkilən "Şəxsiyyət” serialını izləmişəm. Oxuduqlarımdan və izlədiklərimdən gəldiyim qənaət müsbətdir. Ehtimal ki, müəllifin digər əsərlərini də əldə etməyə çalışacağam.
    Hər halda mənə elə gəlir ki, 3 universiteti yarımçıq tərk edib, yazıçı olmağı seçən Hakan Günday qazandığı şöhrətə və populyarlığa layiqdir və elə uğurları da təsadüfi deyil.
  • "Qaçmasaydım, yaza bilməzdim" kitabı müasir yapon yazıçısı Haruki Murakamidən oxuduğum üçüncü kitab oldu. Müəllif digər kitablarından fərqli olan bu cür motivasiya kitabını tələsmədən, 2015-ci ilin yayı ilə 2016-cı ilin payızı arasında gündəlik kimi yazıb. Başqa əhəmiyyətli işlərini gördükdən sonra, özünə suallar ünvanlayaraq cavablamağa çalışdıqda, bu kitabın hissə-hissə yazılması da başlanıb.
    Qeyd edim ki, təkcə yazıçıların oxuyacağı kitablardan deyil, özünü inkişaf etdirmək istəyən, əzmkarlıq, iradə, qətiyyət kimi xüsusiyyətlərini artırmağı, əsasən də sağlamlıq məsələlərinə yenidən baxmağı düşünən bütün fərdlər oxuyub yararlana bilərlər.
    Yazıçı deyir ki, mən roman yazmaq mövzusunda bildiklərimin çoxunu yollarda, sübhün erkən saatlarında qaçarkən öyrəndim. Ancaq bununla yanaşı həm də xəbərdarlıq edir ki, bir insan ədəbiyyat dühasına sahib deyilsə, nə qədər çabalasa da, romançı ola bilməyəcək. Dolayısıyla, kitabı oxuduqdan sonra yollara düşüb kilometrlərcə qaçıb, qaçdıqdan sonra yazıçılıq istedadına sahib olacağınız (gülməli səslənsə də) mesajı verilmir bu kitabda. Yazıçı öz fiziki və mənəvi inkişaf təcrübəsini oxucularla bölüşüb. Dönə-dönə də təkrarlayıb ki, hər bir insan fərqlidir. Mən heç vaxt nə Şekspir, nə də Motsart kimi dahilərdən ola bilmərəm. Çünki bu məndə, təbiətimdə yoxdur. Deyir ki, bəzi şair və bəstəkarların öz istedadlarını istismar edib tez də tükənən, sonra da gənc yaşda faciəli şəkildə ölərək əfsanəyə çevrilmələri kənardan çox cazibəli görünür. Amma bu, arzuolunan hal deyil. Yazıçı fərqindədir ki, özünü fiziki-mənəvi inkişaf etdirməkdən vaz keçə bilmir və yalnız bunun sayəsində peşəkar yazıçıya çevrilib. Bu mənada ingilis yazıçısı Somerset Moemin özü haqqında dediyi "Mən ikinci dərəcəli yazıçıyam" fikrini xatırldır.
    Kiçik həcmli bu kitabı zövq alaraq, yazıçıyla söhbət edirmiş kimi oxudum. Artıq öz yolunda xeyli təcrübə qazanmış müəllifdən bəzi məsələləri də öyrənmiş oldum. Bəyəndiyim və altını cızdığım sitatları 1000kitap.com saytında kitabı oxuyarkən paylaşmışam.
    Kitabı türk dilində oxudum. Ana dilimizə tərcümə olunubmu, bilmirəm. Yalnız "Ədəbiyyat Qəzeti"nin 27 avqust, 2016-cı il sayında Kənan Hacının kitabdan bir hissənin tərcüməsinə rast gəldim.
    ‍Yazıb yaratmaq istəyən, özünü inkişafa meyilli oxucularımıza tövsiyə edirəm.
    Xoş mütaliələr!
    @mumogluceylan
  • Yеrin sеni çеktiği kаdаr аğırsın, Kаnаtlаrın çırpındığı kаdаr hаfif.. Kаlbinin аttığı kаdаr cаnlısın, Gözlеrinin uzаğı gördüğü kаdаr gеnç… Sеvdiklеrin kаdаr iyisin, Nеfrеt еttiklеrin kаdаr kötü.. Nе rеnk olursа olsun kаşın gözün, Kаrşındаkinin gördüğüdür rеngin.. Yаşаdıklаrını kâr sаymа: Yаşаdığın kаdаr yаkınsın sonunа; nе kаdаr yаşаrsаn yаşа, Sеvdiğin kаdаrdır ömrün.. Gülеbildiğin kаdаr mutlusun. Üzülmе bil ki аğlаdığın kаdаr gülеcеksin Sаkın bitti sаnmа hеr şеyi, Sеvdiğin kаdаr sеvilеcеksin. Günеşin doğuşundаdır doğаnın sаnа vеrdiği dеğеr Vе kаrşındаkinе dеğеr vеrdiğin kаdаr insаnsın. Bir gün yаlаn söylеyеcеksеn еğеr; Bırаk kаrşındаki sаnа güvеndiği kаdаr inаnsın. Ay ışığındаdır sеvgiliyе duyulаn hаsrеt, Vе sеvgilinе hаsrеt kаldığın kаdаr onа yаkınsın. Unutmа yаgmurun yаğdığı kаdаr ıslаksın, Günеşin sеni ısıttığı kаdаr sıcаk. Kеndini yаlnız hissеtiğin kаdаr yаlnızsın Vе güçlü hissеttiğin kаdаr güçlü. Kеndini güzеl hissеttiğin kаdаr güzеlsin.. İştе budur hаyаt! İştе budur yаşаmаk, Bunu hаtırlаdığın kаdаr yаşаrsın Bunu unuttuğundа аldığın hеr nеfеs kаdаr üşürsün Vе kаrşındаkini unuttuğun kаdаr çаbuk unutulursun Çiçеk sulаndığı kаdаr güzеldir, Kuşlаr ötеbildiği kаdаr sеvimli, Bеbеk аğlаdığı kаdаr bеbеktir. Vе hеrşеyi öğrеndiğin kаdаr bilirsin, bunu dа öğrеn, Sеvdiğin kаdаr sеvilirsin…
  • Rəvayətə görə, bir gün Franz Kafka parkda gəzəndə kiçik bir qıza rast gəlir. Qız ağlayırmış. Kafka səbəbini soruşduqda oyuncaq gəlinciyini itirdiyini və buna görə çox üzgün olduğunu deyir. Yazıçı gəlinciyi onun yerinə axtaracağına söz verir və ertəsi gün eyni yerdə görüşmək üçün vədələşirlər. Oyuncağı tapmadıqda Kafka kiçik qıza gəlinciyin adından bir məktub yazır və görüşəndə ona oxuyur:
    " Xahiş edirəm, mənə görə kədərlənmə. Dünyanı görmək üçün uzun bir səyahətə çıxdım. Başıma gələn bütün macəraları sənə yazacam ".
    Bu bir çox məktubların ilki olur. Bundan sonra Kafka qızla hər görüşündə sevimli oyuncağın başına gələn xəyali hadisələri yazdığı məktubları ona oxuyurmuş. Kiçik qız bu məktublarla ovunurmuş.
    Beləcə günlər keçir və bir gün görüşlərin sonu gəlir. Kafka son görüşdə kiçik qıza oyuncaq gəlincik gətirir. Qız əslindən çox fərqli olan gəlinciyə heyrətlə baxdığı vaxt oyuncağın sinəsinə ilişdirilmiş kiçik bir kağız görür:
    " Səyahətim məni çox dəyişdirdi ".
    Neçə illər sonra artıq gənc qız olan həmin balaca çox sevdiyi gəlinciyin gözündən qaçırtdığı çatlamış yerindən bir məktub tapır. Məktubda belə yazılır:
    " Sevdiyin hər şeyi gec ya tez itirəcəksən. Amma ən sonda sevgi başqa bir surətdə sənə geri dönəcək ".
  • Nе hasta bеklеr sabahı, Nе gеnç ölüyü mеzar, Nе dе şеytan bеklеr günahı, Bеnim sеni bеklеdiğim kadar. Nеcip Fazıl KISAKÜREK
  • 1960-cı ildə yaşadığı ölümsüz sevgisini şeirlə əbədiləşdirən, Abdürrahim Karakoç‘un əsl adını gizlədib, “Mihriban” deyə səsləndiyi o gözəl Anadolu qızının hekayəsidi bu.
    Abdürrahim Karakoç gənc yaşlarında ikən kəndində toy üçün gələn qonaqlardan bir qızı görər. Və bu qızdan xoşu gələr. Gedib tanış olar. Qonaq qaldığı müddətdə isə hər gün görüşərlər.

    Mehriban; şəfqətli, mərhəmətli və gülər üzlü deməkdir. Sevdiyi qadında da bu keyfiyyətlərin hamısını görən Abdürrahim Karakoç, ona “Mihriban” deyər. Bir səhər də, Abdürrahim sevgilisini görməyə gedər. Lakin Mehriban ailəsi ilə öz evinə getmişdir. Abdürrahim bu xəbərlə sarsılar. Bu halını görən ailəsi qızı tapmaq üçün Maraş‘a gedər, uzun axtarışdan sonra qızın ailəsini tapıb, qızı istəyərlər. Lakin qızın ailəsi əvvəlcə “yaşı azdı” deyərək bəhanə gətirər. Sonra niyyətin ciddi olduğunu görən Mehribanın ailəsi həqiqəti deyər. “Mehriban nişanlı idi…”

    Bu xəbəri Abdürrahim eşidəndə isə, ürəyini yandıran bu adı nə evdə, nədə başqa yerdə eşitmək istəmədiyini deyər. Ancaq o bu sevgini heç vaxt unutmur. 7 ildən sonra isə məşhur şeirini yazır. Sonradan şeiri türkü olur və hər kəs tərəfindən dinlənilir.

    Yazının devamını okumak isteyenler için;
    https://aytajahmadli.wordpress.com/...-mihriban/#more-3086