Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
98 syf.
5/10 puan verdi
·
9 saatte okudu
"Dünyanın ən gözəl eşq hekayəsi"
Bəzən, çoxluq tərəfindən bəyənilən, sevilən kitabları oxuduqdan sonra görürsən ki, heç də böyüdüldüyü kimi deyil. Belə hallarla qarşılaşanda elə düşünürəm ki, problem məndədir:)
Louis Aragon
Louis Aragon
-a görə "Dünyanın ən gözəl eşq hekayəsi" olan
Cəmilə
Cəmilə
kitabında eşqə dair heç nə görə bilmədim. Kitabda eşq adlandırdıqları duyğu nədir onu da anlamadım. Eşq hər halda həyat yoldaşı cəbhədə olan Cəmilənin ona xəyanət etməsi ya da evli olduğunu bilə-bilə Daniyarın evli bir qadına yanaşması deyil. Hələ 15 yaşında olan Seyitin qardaşının yoldaşına duyğusal hisslər bəsləməsi heç deyil. Kitabda bir-birinə uymayan, təzadlı fikirlər varıydı. Başlarda köhnə adət-ənənələrinə sadiq, kənddə yaşayan camaatın, kitabın ortalarında Cəmilənin kəndin ortasında, gənc oğlanlarla öpüşüb, çayda oynamasını gülərək izləmələri məni təəccübləndirdi, nə yalan deyim. Bir an düşündüm ki, bu hansı dövrdə və harada qəbul edilən bir şeydi? Axı başlarda, böyüklərinə hörmət əlaməti olaraq, həyat yoldaşına məktubun sonunda sadəcə "Salam" yazan adamdan bu yerə hansı ara keçdik? Ümumilikdə, Cəmilə obrazını heeeç sevmədimm:| Mövzu olaraq hər kəsə xitab etməsə də, kitabın dili, təsvirləri onu oxunaqlı edirdi. Düşünürəm ki, kitabın davamı olsaydı, Cəmilə bu dəfə də, səsi daha yaxşı olan bir adamla Daniyara xəyanət edərdi:))
Cəmilə
CəmiləCengiz Aytmatov · Altun Kitab · 201832,2bin okunma
72 syf.
9/10 puan verdi
·
3 günde okudu
Oxumamışlara tövsiyyə edəcəyim balaca həcmli nəhəng məzmunlu povestdir.Bu maraqlı eyni zamanda da təsirli əsər Nikoloy Qoqolun oxuduğum ilk əsəri idi.Fikrimcə,bu kitab mənim üçün mükəmməl başlanğıc oldu.Elə kitabdırki,sanki müəllif bizimlə dostcasına danışır,süjet xəttini təqdim edir.Baş qəhramanımızın başından keçənlər,çoxumuzun həyatda
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201836,8bin okunma
Reklam
413 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
“Kendimiz yine kendimize karşı zafer kazandık.”
İllər əvvəl bu möhtəşəm əsəri məktəb vaxtı qısa variantını dərslikdən oxumuşdum. O vaxtlar da çox bəyənmişdim. Və özümə söz vermişdim ki, bir gün tam halını oxuyacam. Həqiqətən də
Cengiz Aytmatov
Cengiz Aytmatov
u ayaqda alqışlayıram. Sadəcə möhtəşəm. Əsərin mövzusuna keçməzdən əvvəl, bu dahi yazıçının çox kiçik həyat hekayəsindən danışmaq istəyirəm. Aytmatov həm
Gün Olur Asra Bedel
Gün Olur Asra BedelCengiz Aytmatov · Ötüken Neşriyat · 202145,4bin okunma
·
Puan vermedi
Nə qədər ki, bəşəriyyət var, insanlar mövcuddur, despot rejimlər, totalitar dövlət nəzarəti, insanlar üzərində işgəncə yolu ilə hakimiyyətlərini bərqərar etmək də mövcud olacaq və insan azadlığı problemi öz əhəmiyyətini itirməyəcək. Yazıçı qəddar rejimin hökm sürdüyü xəyali Panem dövləti və bu dövlətdə vaxtı ilə baş vermiş olan böyük üsyanı və
Açlık Oyunları
Açlık OyunlarıSuzanne Collins · Dex Kitap · 201628,7bin okunma
·
Puan vermedi
Nə qədər ki, bəşəriyyət var, insanlar mövcuddur, despot rejimlər, totalitar dövlət nəzarəti, insanlar üzərində işgəncə yolu ilə hakimiyyətlərini bərqərar etmək də mövcud olacaq və insan azadlığı problemi öz əhəmiyyətini itirməyəcək. Yazıçı qəddar rejimin hökm sürdüyü xəyali Panem dövləti və bu dövlətdə vaxtı ilə baş vermiş olan böyük üsyanı və
The Hunger Games
The Hunger GamesSuzanne Collins · Scholastic Press · 201028,7bin okunma
446 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsl Səyahət qayıtmaqdır
Ursula K.Le Quinin "Mülksüzlər" romanı utopiya mövzusunda yazılmış maraqlı əsərlərdən biridir. Əsərdə anarxizm və arxizm qarşılaşdırılır və hər ikisinin mənfi və müsbət cəhətləri göstərilir. Əsərin mərkəzində şəxsiyyətin azadlığı məsələsi durur. Əsərin qəhrəmanı olan Şevek hər iki planetdə yaşamış və müxtəlif sistemlərlə tanış olmuşdur. Odoist gənc Urrasa böyük ideyalarla getmişdir və sonda Anarresə dönərkən fikirləri müəyyən qədər dəyişsə də, bu gəncin qayəsi, ideologiyası dəyişməmişdir. O hər iki dünyaya gəlişində əliboş, özü ilə heç nə gətirmədən gəlmişdir... Əsər bədii-fəlsəfi və psixoloji cəhətdən də maraqlıdır. Əsərin hər bir cümləsi oxucunu dərin düşüncələrə qərq edir. Əsər ədəbi cəhətdən ağır bir əsərdir. Asanlıqla oxuyub bitirmək olmaz, düşünərək, anlayaraq, təsəvvür edərək oxumaq lazımdır. Əsərdəki mühit və hadisələrin ilk baxışdan təsəvvür edilməsi çətindir. Yalnız kitabın növbəti səhifələrində bu barədə aydın təsəvvür formalaşır. Ən çox bəyəndiyim sitat isə: " Oğru istəyirsənsə sahib yarat, cinayətkar istəyirsənsə qanun." Əsərdə verilən " Bəs əgər hər həyat yeni bir şey deyilsə biz niyə doğuluruq?" sualı isə insanı uzun düşüncələrə aparır...
Mülksüzlər
MülksüzlərUrsula K. Le Guin · Egalite Nəşriyyat · 202112,4bin okunma
Reklam
104 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab haqqında fikirlərimi  necə və hansı formada ifadə edəcəyimi bilmirəm,  o qədər çox təəssüratlarım var ki, oxuyarkən heç bitməsini istəmirdim, hadisələr o qədər marağla gedirdi ki, kitabı əlimdən yerə qoymadan bir nəfəsə oxuyub bitirdim.. Yazar ayrılıqla bitən bir sevgi hekayəsini, sevginin məsumluğunu çox mükəmməl şəkildə qələmə alıb..  
Sənsizlik
SənsizlikGülər Səfərova · Qanun Nəşriyyatı · 20242 okunma
250 syf.
·
Puan vermedi
·
5 günde okudu
Məsudə Cabbar
Məsudə Cabbar
'ın oxuduğum ikinci əsəri idi.Ümumiyyətlə yazıçının qələmini bəyənirəm.Niyəsə onun kitabları mənə "reallıq çərçivəsində xəyal qurdurur" deyə bilərəm.Yəni həyatı tam olaraq "toz pembe" təsvir etmir.Amma eyni zamanda ümidsizlik də yaratmır.Sanki "xəyal qur,ümid etməkdən heç vaxt imtina etmə.Amma həqiqətləri də
Dinlə Məni
Dinlə MəniMəsudə Cabbar · 2016154 okunma
128 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Bəs siz görünməz olmaq istəyərdiniz?
Hər birimiz 1 dəfə belə olsa "Görəsən görünməz olsam nə olardı?" deyə fikirləşmişik məncə. Və ya görünməzlik hər birimizə maraqlı və bir o qədər uzaq olan anlayışdır. Herbert Corc Uells elmi-fantastika janrına böyük töhfələr vermiş ingilis yazıçısıdır. Bir neçə əsərini oxumuşam və bunların arasında ən sevdiyim "Görünməz
Görünməz Adam
Görünməz AdamH. G. Wells · Altun Kitab · 20147,8bin okunma
360 syf.
10/10 puan verdi
·
9 günde okudu
"Bülbülü Öldürmek" (To Kill a Mockingbird), Amerikalı yazıçı Harper Lee tərəfindən yazılmış və 1960 ilində çıxan klasik bir romandır. Roman, 1930cu illərin Amerika cənubunda, Alabama dövlətində kiçik bir şəhərcikdə keçər. Kitab, əsasən irqçilik, ədalət və insanlıq kimi söhbətlərdən gedir və mənə görə dərindən iz buraxan obrazlar dolu oldu. Roman, Scout Finch'in danışığı ilə danışır. Scoutun atası, Atticus Finch ve qardaşı Jem ilə birlikdə yaşayan gənc bir qız uşağıdır. Romanda Attucus'un yaşadığı durumda olan cəsarəti və dürüstlüyü vurğulanırkən, eyni zamanda toplumda olan irqçilik və ayrımcılığın tənqidi edilir. Attucus'un davası, şəhərcik sakinlərinin irqçi türklər demişkən önyargıların bir aynasıdır. Tom Robinson'ın adil bir şəkildə hökm məsələsində zorluqları gözlər önünə qoyar. Əlavə olaraq da, romanda Scout'un qonşusu olan gizli və əfsanəvi bir xarakter olan Boo Radley'nin hekayəsindən danışır. Boo Radley, şəhərciyim qorxulu bir əfsanəsidir. Ancaq Boo Radley, əslində insanlıq və yaxşılıqla dolu biridir. Scout və Jem, Boo Radley'nin əsl kişiliyini kəşf edərək, insanların xarici görünüşlərin ötəsinə keçmə və insanlığı hərkəs üçün keçərli olduğunu başa düşmə hissəsini önəmli bir dərs alırlar. Harper Lee ustalıqla dili ve dərin obrazları, romanı bir möhtəşəm əsər halına gətirib.
Bülbülü Öldürmek
Bülbülü ÖldürmekHarper Lee · Epsilon Yayınevi · 202071,7bin okunma
Reklam
120 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
İlk dəfə bir romana ön söz yazmaq istəyirəm Nigarın “Cənnət quşu” romanına. Bu roman mənə ən azı öz romanlarım qədər doğma və əzizdir. Bu Nigarın ilk romanıdır. Daha öncə iki kitabı çap edilsə də, qələminin roman janrında ilk sınağıdır. Ona görə də səhvlərini bağışlamaq olar. Bundan illər öncə idi. Yazıçı dostum İradə Aytellə bir məktəbə dəvət
Cennet Quşu
Cennet QuşuNigar Qardələn · 20245 okunma
372 syf.
·
Puan vermedi
Aysel Şıxlinskaya
Aysel Şıxlinskaya
xanımın ilk kitabı idi ki, şans verirdim. Və çox bəyəndim, sözün açığı gənc yazıçıların əsərləri çox da diqqətimi çəkməyib indiyədək. Amma
Qanadsız Mələk
Qanadsız Mələk
kitabı fikirlərimi dəyişdi, önyargımı bir kənara qoymağıma səbəb oldu. Roman sevgidən bəhs edir, məlum olduğu kimi. Əsəri oxuyarkən heç sıxılacağınızı sanmıram, çünki olduqca axıcıdır, yeni nəsil oxucular üçün düşünürəm ki daha da maraqlı olar bu romanı oxumaq. Xoş mütaliələr ( bu incelememdə də istədim ki, spoiler verməyim, oxumaq istəyənlər üçün kitabın sürprizi qaçmasın))
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0116 okunma
1552 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Şah əsər
Möhtəşəm bir kitab, bu kitaba və özümə bir söz verirəm: növbəti 5 il ərzində, düşüncələrim daha da olgunlaşanda, həyata indikindən də daha dərin baxdığım zaman yenidən oxuyacam kitabı, hətta indi görmədiyim bəzi məqamları o zaman kəşf edəcəyimi bilirəm... Qisas sözünə yeni bir anlamını gətirməyi bacaran bir kitab. Sizi məhv edən insanlara barmağınızın ucu ilə vurmadan həyatlarını məhv etmək... Düşünün ki, həyatınızın ən gözəl çağıdır, çox sevdiyiniz və evlənmək üzrə olduğunuz bir qadın var, bacarıqlı olduğunuz işdə çox gənc yaşında yüksək rütbə əldə edirsiniz, lakin sizi gözü götürməyən bir neçə insan üzündən 14 il həbs yatırsınız, geri qayıdanda isə heç nəyiniz qalmayıb, sevgiliniz başqa biri ilə evlidir (sizə tələ quranlardan biri ilə), atanız yoxsulluq içində, aclıq səbəbilə ölür... Beləcə, Edmon Dantesin, yəni Qraf Monte Kristonun ağlasığmaz, qarmaşıq, qanlı və dəhşətli planı başlayır.
Monte Cristo Kontu (2 Cilt Takım)
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202025,6bin okunma
250 syf.
7/10 puan verdi
Höte demiş, bütün yazarlar öz yazdıqları əsərlərdə, hətta bəzən özləri istəmədən belə, müəyyən mənada özlərini, öz düşüncələrini, hadisələrə baxışlarını təsvir edirlər. Bu isə bəzilərində tamamilə şüurlu prosesdir. Xüsusən siyasi ədəbiyyatda bu, nəzərəçarpacaq dərəcədə aydın bir reallıqdır. Sən əgər Azərbaycanda siyasətlə maraqlanırsansa, üstəlik
Səs
SəsKəramət Böyükçöl · 04 okunma
160 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 saatte okudu
Ağıldan Bəla
Ağıldan Bəla
Rus tənqidi realizminin ən gözəl nümunələrindən biri olan "Ağıldan bəla" komediyası XIX əsrin 20-ci illərində ağıllara çox qüvvətli təsir göstərən, gənc nəslin mövcud ictimai-siyasi quruluşa qarşı müxalifət ruhunda tərbiyəsində mühüm rol oynayan yüksək sənət əsəri idi. " Ağıldan bəla", hər șeydən əvvəl, fikirlərdə əmələ gələn bu yeniliyin təbiiliyini qanunauyğunluğunu, həyatiliyini və gec-tez Rusiyada hər hansı bir şəkildə üsyanının baș verəcəyinin labüdlüyünü təsdiq və sübut üçün diqqəti cəlb etmişdir. Əsərdə dvoryan cəmiyyətinin içəridən çürüməsi prosesi ve bu cəmiyyətin "sütunları"' sayılan dvoryan-saray zadəganlığının mühafizəkarlığı, böyük rütbə sahiblərinin cəhaləti, mədəniyyətsizliyi, kübar aləminin vətənpərvərlik hissindən tamamilə məhrum olması, ümumi əxlaqi irinləmə, tipik məişət səhnələri və tipik surətlərlə elə inandırıcı bir şəkildə canladırılmışdır ki, komediyanın ən kiçik epizodunda belə "Artıq bu rəzalətə dözmək mümkün deyildir" fikri doğurdu.
Ağıldan Bəla
Ağıldan BəlaAleksandr Griboyedov · Avrasiya Press Nəşriyyatı · 200698 okunma
832 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.