Gonca Farzali

Gonca Farzali
@gonca_library
<<Now we are free>> Gladiator
Müəllim
GDU
Qarabağ/Füzuli
Karabakh /Azerbaijan, 9 Kasım 2000
105 okur puanı
Ekim 2019 tarihinde katıldı
Puan vermedi·312 syf.··
2026 14. kitabı
·
6 günde okudu
·
Okunma: 12 Nisan 2026 13:29
Maraqlı və bir o qədər də sıradışı bir kitab idi. Freud sevərlər üçün əla bir kitabdır. Başdan sona qədər Freudun həyatını özü ilə söhbət edirmişsiniz hissi
Alıntı
Freud'la Bir Fincan KahveBrett Kahr · Sfenks Kitap · 201860 okunma
10/10
·556 syf.··
Beğendi
·
2025 14. kitabı
·
7 günde okudu
·
Okunma: 11 Ağustos 2025 20:03
“ Bu əsərdə Steinbeck, toz içində boğulan tarlalardan Amerikadakı sosial ədalətsizliyə, insanın bir tikə çörək və azadlıq uğrunda mübarizəsinə aparır bizi. Bəzən salxımlar yetişmir, qəzəb yetişir…” #gazapüzümleri
Alıntı
Gazap ÜzümleriJohn Steinbeck · Sel Yayınları · 202045,6bin okunma
9/10
·360 syf.··
Beğendi
·
2025 12. kitabı
·
4 günde okudu
·
Okunma: 27 Temmuz 2025 12:27
“Yağ və Mərmər”— sənət üçün insan ruhunun çəkic zərbələri ilə oyulub, fırçalarla rənglərə boyanması Bu kitabı böyük bir sevgi ilə oxudum. Hadisələr hər nə qədər tarixi mənbələrə əsaslansa da, bəzi məqamlar bədii təxəyyüllə yoğrulub və bu da əsərə ayrı bir cazibə qatıb. Reallığın sərhədləri zaman-zaman aşılsa da, bir sənət əsərinin yaradılması prosesində yaşanan əziyyəti, stresi, ümidi və ümidsizliyi, xəyal qırıqlığını və dəstəklənmənin nə qədər həyati olduğunu çox dəqiq hiss etdirir. Bu kitab mənə həm sənətə, həm də insan ruhuna dair dərin düşüncələr qazandırdı. Sıxılmadan, bir nəfəsə oxudum. Təkrar-təkrar oxuyacağım kitablardan biridir. Mütləq oxuyun
Alıntı
Yağ ve MermerStephanie Storey · Maya Kitap · 2017358 okunma
1/10
·412 syf.··
2025 11. kitabı
·
31 saatte okudu
·
Okunma: 23 Temmuz 2025 15:52
“Qara Volqa” əsərini oxumağa başladığım ilk andan bəyənməyəcəyimi bilirdim. Yerli ədəbiyyatımızda detektiv janrın ilk nümunələrindən hesab olunur. Nəşr olunduğu illərdə çox sevilib — bunu da başa düşürəm. Çünki Sovet dövründə təhsilli insanlar az idi və bu əsər orta təbəqə üçün sadə dildə yazılmışdı. İlk dəfə oxucular cinayət, banda, oğru aləmi kimi mövzularla tanış olurdu. Bu da onlarda maraq oyadırdı. Elə buna görə də əsər sonradan ekranlaşdırıldı. Amma bu gün üçün əsər nə aktualdır, nə də detektiv janrla birbaşa əlaqəsi var. Açığı, əsəri heç cür bəyənə bilmədim. Türk seriallarındakı kimi əsərlə əlaqəsiz, “dəxilsiz” səhnələr çox idi. Axırda isə elə bil əsər 2x sürətlə sona çatdı. Arada pis kitabları da oxumaq lazımdır deyib, keçib gedirəm…”
Alıntı
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993358 okunma
10/10
·500 syf.··
Beğendi
·
2025 10. kitabı
·
7 günde okudu
·
Okunma: 21 Temmuz 2025 21:27
“Alçaldılmış və Təhqir Edilmiş İnsanlar” – Qəlbin Sükutla Qışqırdığı Bir Dünyadır F. M. Dostoyevski Bu əsər sevginin, iztirabın və insan ləyaqətinin sınadığı yerlərdə doğan sükutlu fəryaddır. Müəllifin dilindən yazılsa da, hər səhifədə İvan Petroviçin incə, dərin baxışı hiss olunur. O, ətrafındakıların ağrısını sanki özü yaşayır, lakin bu əzabı dilə gətirməz İvan Petroviç_ Dostoyevskinin klassik “mərhəmətli müşahidəçisi”dir — necə ki Karamazov qardaşlarında Alyoşa var, burada da İvan var. O, müəllifin dili, həm də vicdanıdır. Onun baxışları vasitəsilə biz əzilmişlərin aləmində gəzər, susaraq sevməyin, əzab çəkərək bağışlamağın nə demək olduğunu anlayarıq. Əsərin özəyində duran münasibətlər bizi bir sualla baş-başa buraxır: sevgi – sahib olmaqdırmı, yoxsa azad buraxmaqmı? Elə İvanın duruşu da bu cavabın özüdür — insan hisslərinin ən yüksək nöqtəsi, sevdiyinin xoşbəxtliyi üçün öz sevgisini qurban verə bilməkdir. Dostoyevski burada yalnız sosial ədalətsizliyi göstərmir, həm də əzilmiş insanların daxili aləminin necə parlaq, təmiz və fədakar ola biləcəyini incə detallarla boyayır. Səhnələr sadədir, lakin ürəyə ağır enir — çünki bu hekayə sənin də, mənim də içimizdəki hansısa kimsəsiz duyğulara toxunur. Çünki bəzən ən böyük güc — öz sevgini sükutla fəda edə bilməkdir.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Teas Press Nəşriyyatı · 202423,8bin okunma