Gönderi

6/10
·392 syf.··
Beğendi
·
2021 2. kitabı
Cek London sevimli yazıçılarımdan biridir, ən məşhur əsəri "Martin İden " -in eyniadlı baş qəhrəmanı məhəbbət uğrunda bütün çətinliklərə sinə gərmiş,daha çox bilik əldə edib sevgilisinə layiq olmağa can atmış cəsarətli bir matrosdur. Daha doğrusu , matros idi.) Spoiler vermək istəmirəm,qısaca,çox maraqlı ,oxumağımızın vacib olduğu bir klassik əsərdir. Lakin mənim diqqətimi bu əsərdə daha çox Ruf və Martinin münasibəti yox,Martinin çətin həyat yolu cəlb etdi. Əziyyətli iş,ətrafdakılar tərəfindən qəbul edilməməsi,aldadılması,qəlbi təmiz və həyata tam hazır olmamış gənc bir dənizçinin düşüncələri,çarəsizlik içindən xilas olmaq üçün atdığı kiçik,amma sarsılmaz addımlar... Buna görə də,Martin İdeni Cek Londonun protitipi hesab edirəm. Mənim sevimli yazıçım hansı sınaqlardan keçməmiş,nələr üçün əzab-əziyyətə qatlaşmamışdır?! O da kiçik yaşlarından 1 qarın çörək üçün saatlarla işləmirdimi? Diqqətimi çəkən 1 məqam da oldu:Martin varlı olmağı deyil,həyatı doya-doya yaşamağı istəyirdi. Qəlbi gənclərə məxsus həyəcanla,yaşlılara məxsus dözümlə dolu idi. Amma heç vaxt həqiqətən kiməsə aşiq olmamışdı. Və budur: birdən-birə gözəl bir qız ortaya çıxır və Martinin qəlbini ələ alır. Martin elə o an qərara gəlir ki,onun üçün hər şeyi etməyə hazırdır. ~ Cek Londonu hamı oxumalıdır. ~
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2025134,8bin okunma
·
32 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.