Gönderi

703 syf.
9/10 puan verdi
·
11 günde okudu
"Həyatın çiçəyi tökülmüş, yalnız tikanları qalmışdır..." Karantində çox yatsaq, karantin qurtaranda ayağa durmaq mümkün olacaqmı, görəsən? Bu dövrdə insanlar "Oblomov yuxusu"na gedib sanki... Oblomovun uşaqlığını onun yuxusundan izləyərkən 19-cu əsrin pəncərəsindən 21-ci əsrdə bir çox ailələrin uşaqlarını tərbiyə etməsini görürsən. Əsərdə iki fərqli tərbiyə üsulunu görmək mümkündür: tipik rus və alman tərbiyə üsulu. 19-cu əsrdə mülkədar-kəndli asılılıq münasibətləri bu günkü günümüzdə də başqa formada davam etmirmi? İndinin özündə də əməyi istismar olunan təbəqələr yoxdurmu? Yaxşı haldır ki, müasir dövrümüzdə kasıb və savadsız təbəqənin içərisində öz övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməməyə, bu yolda bütün varını-yoxunu sərf etməyə hazır olan ailələrin sayı çoxalır. Say çoxalır, çünki onlar inanırlar ki, övladları ailəyə "Prometey odu"nu gətirəcək, ancaq təhsil... Qonçarovun "Oblomov" əsərini səhərə qədər təhlil etmək olar. Obrazın tam adı İlya İliç Oblomovdur. İlk 200 səhifədə adama "bəsdir yatdın, di dur ayağa" dedirtirən Oblomovun yatmasına da öyrəşirsən yavaş-yavaş. Sən Oblomovu ayağa qaldıra bilmirsən, ancaq o səni yatmağına öyrədir. Nə qədər tənbəl olsa da, böyük ürəyə sahib olması oxucunun qəlbini yumşaldır. Oxucu onun halına acımaqla əslində özünə acımış olur. Oblomovu oxuduqca ən işgüzar adam da özündə bir parça "oblomovluq" tapır. Oblomovun xarakteri onun ən yaxın dostu olan Ştoltsla daban-dabana ziddir. Ştolts nə qədər mükəmməldirsə, Oblomov bir o qədər bacarıqsızdır. Lakin Oblomovu sevməmək əldə deyil... Əsəri oxumaqla mülkədar kəndli, hakimiyyət və tabelik (nökər Zaxarla ağası arasında) münasibətlərini, alman və rus tərbiyəsi arasındakı təzadları, sevgiyə fərqli baxış bucağını, tənbəlliyin insanı hara aparıb çıxarmasını, çox xoşbəxt olmağın özünün də bədbəxtçiliyin bir formasına gətirib çıxarmasını, ən ali məqsədə çatdıqdan sonra insanın nə edəcəyini bilməməsini görmək, müşahidə etmək olar. Oblomov nəinki rus, eyni zamanda insanlığın gəlmiş-keçmiş ən tipik modelidir. İlya İliç Oblomov haqqında ən yaxşı fikri başqa bir İliç olan Lenin deyib: "Rus həyatının belə bir növü var idi - Oblomov. Yataqda uzanıb planlar qururdu. O vaxtdan bəri xeyli vaxt keçib. Rusiya üç inqilabdan keçdi və Oblomovlar qaldı, çünki Oblomov yalnız bir torpaq sahibi deyil, eyni zamanda bir kəndli idi və yalnız bir kəndli deyil, eyni zamanda bir ziyalı və yalnız bir ziyalı deyil, eyni zamanda bir işçi və bir kommunist idi. Köhnə Oblomovun qaldığını söyləmək üçün bizə baxmaq kifayətdir... Onu adam etmək üçün hələ bir xeyli yuyub təmizləmək, silkələmək, fırlatmaq, döymək lazım olacaq..."
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,7bin okunma
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.