Gönderi

Puan vermedi·288 syf.··
2021 3. kitabı
Bu əsər tarixi hadisələri fərqli gözlə dəyərləndirməmizə imkan yaradır.Dili məncə çox sadədir və axıcıdır.Bu kitabı keçən il oxumaq istədim amma nəsə adı məni cəlb etməmişdi .Corc Oruellin 1984 kitabın oxuyub çox bəyənmişdim ,fikirləşdimki məncə adına görə yox yazarın qələminə görə bu kitabı oxumalıyam.Sizin sayənizdə bir daha oxudum .Və yeni şeylər qatdı mənə .Məncə kitabı daha yaxşı anlamaqçün 1905ci il Rusiya çevrilişini ,1917 oktaybr çevrilişi və Stalin -Troçki arasinda olan mübarizəni oxusaz daha yaxşi anlayacağınıza əminəm. Kitabın əsas mövzusu bir ütopyadan dispotyaya çevrilən sosializm və Stalin rejiminə qarşı çıxmaq kimi bir mövzusu olsada məncə həm o dövrün həmdə bizim dövrdəki bəzi hadisələrin izahına sahibdi.Kitabda ən sevdiyim cümlə "BÜTÜN HEYVANLAR BƏRABƏRDİRLƏR. LAKİN BƏZİ HEYVANLAR BAŞQALARINDAN DAHA ÇOX BƏRABƏRDİRLƏR"-Fikrimcə kitabı özünə gətirən cümlələrdən biri elə məhz budur.Kitabı vacib edən daha bir xususiyyət isə satira janrında yazılan əsərlərdən bir pillə daha üstün olmasıdır . Kitabın içindəkilərə gəldikdə isə: Kitabda adı çəkilən heyvanlar qurban olmaqdan ,işlədilməkdən,qamçilanmaqdan və öz məhsullarını insanlara verməkdən beziblər.Çevirilişi fikirləşirlər və sahiblərini Bay Jonesə qarşı çıxırlar. Bay Jones isə içkiyə qurşandıgı və maddi problemləri olduğuna görə onlara şiddət edib,çox işlədir və heyvanları ac saxlıyırdı .Buna görədə heyvanlar ona qarşı çıxır. Məqsədləri isə eyni və daha yaxşi şəkildə yaşamaq idi.Zaman keçdikcə donuzlar yeni qadağalar qoyar və üstün olurlar.Bunları yaxşılıq üçün etdikləri fikirləşilsədə sonda bir şey dəyişmir.Eynilik olmur və donuzlar digər heyvanlardan daha üst təbəqədə olurlar.Səbəbi digər heyvanlardan daha ağıllı olması göstərilir .Əslində yaşlı donuzun 1-2 cümləsi mənə Karl Marxı xatırladır tam əmin deyiləm . Donuzlar qurduğu qurumun daha yaxşi olması üçün 7 qanun qoyurlar və hər dəfə başçı donuz dəyişdiyində qanunlarda dəyişir.Başçı donuz zalım olur və məncə çox böyük ehtimal Napeleondur.Burda ona suiqəst quranlar,qanunlara riayət etmiyənə ölüm verilirdi.Ama qoca donuzun ölmədən 3 gün öncə etdiyini çox sevdim.Bir yuxu görür və bütün heyvanları iclasa çağırır.Iclasda öləcəyini və artiq kölə kimi işləməyi buraxmalısız deyir.3 gün keçdikdən sonra isə ölür.Bu çox vacib idi çünki ölməmişdən qabaq heyvanlarïn gözüm açır.Bəlkədə buna görə heyvanlar hər bazar onun kəllə sümüyünün qabağında marş keçirirdilər. En sevdiyim obraz mənə görə Boxer idi .Ən ağır işləri edirdi və hər şeyə dözürdü.+başçilara qarşı sadiq idi . Son olaraq əsərdə heyvanlar üzərindən insanların pula ,hirsləri ,rahatlıqlarına və digər səbəblərə görə başqa insanları qulluqçu etməyini göstərir.Düzdü keçmişdə daha çox olub bu hadisələr ama bu günümüzdə tamam başqa ideyalar ilə bu durumun olduğunu hamımız bilirik və gözardı edirik .Yəni sözümün nəbzi odurki hansı ildə olursaq olaq dərs çıxarılacaq bir kitabdır.
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2016296,2bin okunma
·
15 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.