4/10
·432 syf.··
2021 1. kitabı
·
20 günde okudu
·
Okunma: 17 Ocak 2021 13:22
Kitab barəsində yazılı fikirlərimə keçməzdən öncə xatırlatmaq istəyirəm ki, yutub kanalımda bu roman haqqında ətraflı təhlil videosu paylaşmışam. Linkə keçərək izləyə bilərsiniz. youtu.be/GYJA7_gHsXA Kitab barəsində qısaca danışmaq istəyirəm. Sadəcə heyran qaldım. Yazıçının sadə yazı dilindən istifadə edərək (hətta o qədər sadə yazılmışdı ki, bir anlıq bəsit wattpad hekayəsi oxuduğumu zənn elədim) belə bir roman ərsəyə gətirib oxucuları axmaq yerinə qoymağa çalışması məni dəhşət dərəcədə heyrətləndirdi. Roman əvvəldən sona qədər məntiq xətaları ilə bol idi və inana bilmirəm ki, (ilk səhifələrdə yazılan rəylərə əsasən,) bloggerlər tərəfindən müsbət qarşılanıb; kitab haqqında harada bir təhlil oxudumsa azqala hər kəs bir ağızdan mütləq oxunmalı kitab olduğunu qeyd edirdi. "Möhtəşəm psixoloji-triller" adıyla oxuculara geydirilən bu romanda ümumiyyətlə psixoloji triller janrının zərrə ünsürləri də yox idi. Əgər "əsəb gərginliyi" janrı olsaydı mütləq bu kitabı həmin janrda təqdim eləmək lazım idi: bir neçə dəfə - oxucu sanki malmış kimi məntiqsiz hadisələri hekayətə quraşdıran yazıçıya nifrətimdən kitabı yarımçıq bağlamaq, hətta bəzən ikiyə bölmək istədiyim oldu. Qətiyyən mütaliə zamanı belə duyğulara qapıldığımı kitabın uğuru ilə əlaqələndirməyin, məni əsəbiləşdirən -  məntiq xətaları idi, hansı ki, hər bir diqqətli oxucuda qıcıq yaratmağa qadirdi; və bu məntiq xətalarının mütləq daha inandırıcı alternativləri mümkün olduğu halda sırf hekayət xətrinə yazar bəsitçiliyi seçərək oxucunun başını aldatmağı (müsbət rəylərə əsasən) yaxşı bacarmışdı; vaxtı ilə samballı işdə çalışmış, işi ilə əlaqədar daim xarici ölkələr gəzmiş "ağıllı" Qreys adlı əsas qadın obrazımız necə oldu ki, kitabın sonlarına qədər başıboş hərəkətlərə yol verərək ev dustaqlığından qurtula bilmirdi. Elə bu prizmadan baxıldığında belə bir ağıllı qadının belə bəsit, axmaqca səhvlərə yol verməsi və 430 səhifəlik kitabın 400 səhifəsinə qədər şiddətə məruz qalması əlbəttə ki, məntiqli deyil. Hər nə qədər yazıçı romanında manevrlər edərək Qreysin yolunu bağlamağa çalışsa da şəxsən mən hər tupikdə Qreys üçün çox bəsit çıxış yolu ağlıma gəlirdi. Ya yazıçının xəyal dünyası geniş deyil, ya da "sehirli" görünən hekayəti bütün oxuculara asanlıqla yedirə biləcəyini düşünüb. Əlbəttə kitabı yarımçıq saxlaya bilərdim, amma lənət olsun ki, bir kitabı başladımsa onu sonlandırmadan yarımçıq bağlamamaq kimi şiddətli kompulsivdən əziyyət çəkirəm. Spoiler vermək istəmirəm, amma romanın adicə məntiq xətaları barəsində uzun-uzun danışa bilərəm. Sonluğu da məni qane eləmədi. Tək bəyəndiyim nüans var idisə, qadın şiddətinə diqqətləri çəkən ümumi deepnot idi. 4/10
Bağlı Qapılar ArxasındaB. A. Paris · Teas Press Neşriyyatı · 2018667 okunma
·
457 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.