Gönderi

355 syf.
10/10 puan verdi
·
Liked
"Yetmiş Yeddinci Gün"
"Hər səhər günəş çıxarkən üfüqün qırmızı rənginə tamaşa elə.Yetmiş yeddinci gün ömrünə əbədi günəş doğacaq." leytmotivi üzərində qurulan Varis Yolçiyev romanı. Yəni 3 fərqli insanların ömür xətti təsvir edilir. Bir tərəfdə qanlı - qadalı repressiye illərində Ülvi Hənəfizadə adlı bir şair, bir tərəfdə Sabir adlı bir yeniyetmənin həyatı, düşüncələri, dostları ilə münasibətləri, bir tərəfdə də isə Sabirgilin evinin yaxınlığında yerləşən uşaq evindəki vəziyyət, orda yaşayanların acınacaqlı həyatından bəhs edilir. Kitabda 13 hissə var və hissənin başlanğıcı standart olaraq Aşıq Şəmşir və Adil Mirseyidin şeirlərindən parçalar və hər hansı müəllifdən bir aforizmlə başlayır. Roman bədii cəhətdən yüksək səviyyəlidir, xalqın problemləri, əsası ən eybəcər xüsusiyyətləri əla göstərilib. "Romanın qəhrəmanlarından iki dost parka gedir. İnsanların heyvanlara baxıb əylənmək, mədəni gözəllikdən zövq almaq əvəzinə bu söhbətlərini eşidirlər. İki cavan oğlan qabana baxıb deyirlər:"Pəh... Bilirsən bunun nə dadlı əti var? Kəndə gedəndə hər dəfə üç - dördünü gəbərdirəm." O biri əlavə edir: "Ən yaxşı kabab bununku olur da. Yaxşı zavodskoy araqla can dərmanıdır. Gətirib bura qoyublar, adamı umsundururlar." Xəz dərili qara tülküyə baxan qız rəfiqəsinə deyir: "Bunun şubası heç bilirsən neçəyədir?" tovuzquşuna baxan bir yaşlı arvad deyir: "Bunun tükündən bir yumşaq yastıq çıxar ki" Pələngə baxan bir bığıburma kişi deyir:" bundan 3 - 4 dənə ola, dərisini çıxarıb palaz əvəzi yerə döşəyəsən". Əla göstərib deyilmi bizim millətin bu xarakterini?! Yalnız bunlar deyil. Uşaq evinin direktorunun şərəfsizliyi ucbatından məktəbli bir qızın özünü asması, onu doğması bilib xoşbəxt olacağı ümidi ilə yaşayan gənc bir oğlanın  qızın özünü asarkən taxdığı fataya əli ilə sığal çəkməsi, bir tərəfdən xalqına saf hislərlə bağlı şairə verilən zülmlər və Əhməd Cavad...
Yetmiş Yedinci Gün
Yetmiş Yedinci GünVaris · IQ Kültür Sanat · 2013211 okunma
·
80 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.