Gönderi

224 syf.
8/10 puan verdi
İlk dəfə idi ki bir kitabı bir neçə nəfərlə birlik də oxudum. "Hər ay bir kitab" üçün bu ilin ilk kitabı. Ümid edirəm ki gələn aydan digərləri də qoşulacaq. Kitaba gələcək olarsaq, Bukowski'nin avtobioqrafik romanı. Bir çox insan 'özünü yaxşı hiss etmədiyin bir zaman da Bukowski oxumağa çalışma, oxusan əgər daha da depressiyaya girəcəksən' kimi fikirlər bildirirdi. Yanvar ayına seçdiğimiz kitab bu olduğu üçün özümü ruhən yaxşı hiss etməsəm də oxumağa çalışdım. Və dediklərinin əksinə kitab mənə çox yaxşı təsir etdi. Kitab da Bukowskinin uşaqlığına, gəncliyinə, yaşadığı sıxıntılara, travmalara şahid oluruq. Bukowski çox çətin bir uşaqlıq keçirmiş, lakin bunu kitab da anladan zaman özünü yazıqlaşdırmadan (acındırmadan) izah edir. Sadə bir dillə, əsəbi bir ruh halı ilə o an yaşadığı, keçirdiyi hissləri sizə sezdirir. Əyyaş bir adam, çox içir, çox kobud ifadələr işlədir. Amma o kobud ifadələr ilə çox incə durumları, incə detalları sizə izah edir. Bukowskinin bu tərzi, düşüncələri bəzilərinə görə məntiqsiz gələ bilər. Amma ki mən yazarın dilini çox sevdim, dürüst bir yazar. Yazarın tək sevmədiyim cəhəti qadınları 'cinsəl obje' kimi görməsi, onların düşüncələrini önəmsəməməsi oldu. Digər kitablarını da mütləq oxuyacam. Sevdim səni əyyaş kişi :D
Qəmər_
Qəmər_
https://1000kitap.com/Vafa_PirMurad gələcək ay kitabımızı indidən seçməliyik) Lakin bu dəfə digərlərinin də qoşulacağı kitab olsun:) Əsasən də sənin oxuya biləcəyin bir kitab @WeltschmerzN
Ekmek Arası
Ekmek ArasıCharles Bukowski · Metis Yayınları · 20126,7bin okunma
·
173 görüntüleme
siyah kağıtta siyah mürekkep okurunun profil resmi
Bəzi qadınların əvəzinə düşünə bildiklərinə arxayın olan kişi yazarlardansa sözün açığını deyən biri daha çox yaraşır yazıçılığa, fikrimcə. Kobud sözlər, dəqiq sözlərdir-ifadəsini isbat edən üslubu Bukovskinin xəttidir. Oxumağa cəhd belə etməsəm də, təqdirəlayiqdir gözümdə.
şəhanə okurunun profil resmi
Dürüst bir yazar. Həyatından yazıb və olduğu kimi yazıb hərşeyi. Məncə yazara bir şans verin:)
1 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Nübar okurunun profil resmi
Gözəl ifadə etmisən, Şəhanə. Bu kitabı artıq oxuduğum üçün sizə qoşula bilmədim, gələn dəfə isə mütləq qoşulacam🥰🤗
şəhanə okurunun profil resmi
Təşəkkür😊İnşallah🌿
Necibe Hesenli okurunun profil resmi
İllər öncə müəllifdən bir neçə maraqlı, düşündürən fikirləri oxuduqdan sonra məndə Bukovski sevgisi yaranmışdı və Qadınlar adlı əsərini oxumaq qismət oldu , ilk 25 səhifə ilə kifayətləndim )) Bu qədər gözəl fikirlərin sahibi ama kitabı mövzu olaraq ki , 25 səhifə ilə mövzunu anlamaq olurdu çünki tamamilə cinsəllikdən bəhs edirdi ( Ama bu kitabın adı müəllifin həyatı və sizin incələməniz maraqlı geldi 🌺
şəhanə okurunun profil resmi
Yazarn tək 2 kitabın oxumuşam və qələmini çox sevdim. Digərlərini oxumağa çalışacam. 🌿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.