Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

336 syf.
9/10 puan verdi
·
7 günde okudu
Elə bir kitab oxudum ki, bu kitab haqda həm uzun uzun yazmaq, təhlil etmək istəyirəm, həm də susmaq. Susmaq, çünki bütün dünyanı saran cəhalətin kökü çox dərinə işləyib. Öz qıt ağlımla oxuduqlarımın mənasına varmağa, təhlil etməyə çalışdım. Nə qədər dərin bir bataqlığa saplandığımızı başa düşdüm oxuduqca. Bəşəriyyətin əsasən şüursuzca, az bir qismin isə, şüurlu olaraq təslim olduğu cəhalət tarixi... Müəllifin oxuduğum ilk əsəri idi və az bildiyim və ya heç bilmədiyim mətləblərdən agah oldum əsəri oxuduqca. Dinlərin insan tarixində oynadığı dağıdıcı, məhvedici rolu haqda oxuduqca dəhşətə gəldim. Cəhalətin köklərinin nə qədər dərindən və uzaq tarixdən gəldiyini anladım. Əsər, dinlərin yaranma, yayılma, öz mütləqiyyətini qurma və parçalanma tarixini, insanların inancından, dindən bir vasitə kimi istifadə edən dövlətlərin, qruplaşmaların yürütdüyü siyasət və onun acı nəticələri və bu kimi bir çox başqa mövzulardan bəhs edir. Yazıçı, siyasi, iqtisadi, hegemonluq istəyi və s. subyektiv səbəblərin yaratdığı bu problemlərin insanların taleyində oynadığı dəhşətli, məhvedici, dağıdıcı rolunu tərəfsizcə çatdırır nəzərimizə. Şərqin Qərbə, Qərbinsə Şərqə qarşı durduğu bu xaosda zərərçəkənlərin yenə də biz sadə insanlar olduğunu təəssüflə duyuruq sətirlər arasında... Beləliklə, dünya tarixində baş vermiş bütün əhəmiyyətli hadisələrin kökündə yatan səbəbləri də anlamış oluruq az da olsa. Mübarizə aparmaq çox çətindir, lakin mümkündür. Sadəcə ağlımız, elm, kitablar bizi bu qaranlıq girdabdan çıxara bilər, buna bir daha əmin oldum. Əsərin tərcüməsi üçün təşəbbüs göstərən Yaşıl Elm platformasına çəkdikləri əziyyətə görə böyük minnətdarlıq düşür. Müəllifin qərəzsiz və ədalətli yanaşması isə əsəri daha çox sevməyimə səbəb oldu. Oxuduqca, dünyamızın bütün çirkinliklərdən uzaq olduğu ibtidai icma quruluşuna qayıtmağı arzuladım bir anlıq. Lakin bu çıxış yoludurmu? Yox, təbii ki... Biz irəli getməyi hədəfləyirik. Lakin huzurlu, sağlam, azad, heç bir basqının, heç bir mənəvi və fiziki əzabın, ehtiyacın olmadığı, inkişafın insanlara fayda gətirdiyi, qorxulardan, əfsanələrdən miflərdən, kultlardan uzaq bir "irəliləyiş" olmalıdır, bu. Əsəri düşünərək, anlayaraq oxumağa çalışdım. Çox sevdim. O səbəbdən də hər kəsə məsləhət görə biləcəyim bir kitabdır. Xoş mütaliələr.
God Is Not Great: How Religion Poisons Everything
God Is Not Great: How Religion Poisons EverythingChristopher Hitchens · Twelve · 20099 okunma
·
134 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.