Gönderi

Hamıdan çıxıb getməkdir ömür
Bir də görərsən ki yanındakı bir neçə heç kimdən ibarətmiş ömür. Mən bilirdim biryolluq hamıdan çıxıb getməkdi ömür sən belə gözləmirdin... Ömür elə təkadamlıq xarabmış ömür elə bu küçəymiş bu divarmış bu yolmuş. Bir də görərsən ki heçnəyin adı yoxmuş, hər gün elə təkrar-təkrar nimdaş ağrılarmış gündüzlər-adsız yorulmaqmış gecələr-kimsəsiz ovunmaqmış ömür... Adı yoxmuş bu küçənin, küçədəki o ağacın, ağacdakı o quşun, mən bilirdim mahnısının susmaq olduğunu bayquşun, sən belə gözləmirdin... Adı yoxdu nə dostun köhnəsinin nə sevdanın təzəsinin, mən bilirdim mən bilirdim allah dediyin necə allahsız eyləyir bəndəsini sən belə gözləmirdin... Bircə qalıb birtəhər lap birtəhər-birtəhər ömrü başa vurmaq, mən bilirdim necə olur adamlardan yorulub əşyalara tutunmaq düzü, heç özüm də belə gözləmirdim...🥀
··
16 views
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.