Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

SÜKUT... Nədir şəklindəki bu qədər kədər? Nədir üzündəki qırışlar belə? Elə bil gözündə payız fəslidir, Hələ çox yağacaq yağışlar belə... Sən çıxıb getmisən kiçilib şəhər, Sənsiz yer üzündə boş imişəm ki... Mən necə dözmüşəm bu qədər zaman? Mənim anam ölsün,daş imişəm ki... Yığıb-yığışdırıb hər şeyi getdin... Mənə bircə ümid qalmadı,qadın. Çox adam istədi sənə oxşasın, Heç kim sənin kimi olmadı,qadın... Qar kimi soyuqdur otağım indi, Nə bir isti gəlir,nə hənir gəlir. Deyəsən,Tanrı da unudub məni, O da görüşümə arabir gəlir. Tökülüb üstümə nə qədər sual, Necə mürəkkəbdir,necə qəlizdir... Daha saçlarım da dağınıq düşüb, Daha köynəyim də səliqəsizdir... Gəzdim gəzdiyimiz yerləri bir də Doğmalıq tapmadım həmin yerdə mən.. Sanki adamlar da yoxa çıxıblar, İkimiz qalmışıq:sükut,bir də mən...
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.