Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

408 syf.
8/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Theodore Fontane - Effie Briest
Theodore Fontane - Effie Briest Romanın başlanğıcından sonuna qədər oxucu, bir yelləncək simvolu ilə qarşı-qarşıya qalır. Bir az bu barədə danışmaq istəyirəm. Yelləncəyin Hindistandakı simvolik mənası "ölüm və doğuş arasındakı əbədi döngü" ə işarədir. Buradan belə qənaətə gəlmək olar ki, yelləncək varlıq və yoxluq arasındakı kövrək bir ipdən asılıdır. Önə və arxaya doğru yelləndiyi zaman səma ilə torpaq arasındakı boşluqda, bir növ sərhəddə, hətta Ərafda asılı qalır. Eynilə romanın baş qəhrəmanı Effienin həyatı və ruh halı kimi. Yelləncəkdən başqa bir də yellənən kreslo var ki, buna qarşıda yenə toxunacam. Hər ikisi müəyyən mənada bir eşikdə yerləşdirilib, nəyinsə eşiyində. Bu əşyaların yeri və vəziyyəti, simvolik mənası Effie Briest xarakterini və onun içində olduğu vəziyyəti anlamaqda mühüm rol oynayır. Theodore Fontanenin 1895-ci ildə nəşr olunan "Effie Briest" romanı Alman ədəbiyyatının " Madam Bovari" i də adlandırılır. Lakin, heç də Madam Bovary ilə xatırlanacaq və ya onun kölgəsində qalacaq bir roman deyil. Prusyada, Otto von Bismark dönəmində keçir və romana adı verilmiş qadının həyatından bəhs edir. Ancaq, arxa planda dövrün sosial, aristokratik və hərbi vəziyyətinə də işıq tutulub. Fontane romanı 2 ildə tamamlayıb. Romanın özündə oxucu 13 illik bir zaman diliminə şahidlik edir. Hətta bu əsəri "buildengsroman" örnəyi sayanlar da var. Çünki oxucu, romanın başlanğıcında ata evinin bağçasında yeniyetmə bir qız olaraq tanış olduğu Effienin o andan başlayaraq bütün həyatını, dəyişməsini, bu dəyişikliyin səbəbləri və nəticələrini müşahidə edir. Başlanğıcda yelləncək simvolu və onun Effienin həyatı, içində olduğu vəziyyətlə oxşarlığından bəhs etmişdim. Yenə oraya qayıtmaq istəyirəm. Həmin yelləncək evin bağçası ilə gölün arasında yerləşirdi. Romanda bağçanın, Effienin rahatlıq tapdığı yeganə yer olduğunu görürük. Evə girmək istəməz, evin qapalılığından qaçar və burada ləngimək üçün bəhanələr axtarardı. Halbuki yaşadığı toplumda qadına uyğun görülən yeganə yer ev və onun qapalılığı idi. Su- göl isə günahın bastırıldığı yerdir. Bir vaxtlar zina edən qadınların dənizə atıldığı, ölümə tərk edildiyindən bəhs olunur. Yelləncək məhz bu iki məkanın,. Effienin özünü azad və rahat hiss etdiyi bağça ilə günahı təmsil edən su arasında yerləşirdi. Effienin ruh halı, içində olduğu vəziyyət də eynən belə idi. Xoşbəxtlik və narahatlığın arasında, cənnət və cəhənnəmin ortasındakı Əraf kimi... Oxucu onun xarakterini evlilikdən öncə anası ilə dialoqunda bütün çılpaqlığı ilə görür və irəlidə baş verəcəkləri az-çox təxmin edir. Həyəcan,.risk, əyləncə axtaran gənc bir qız özündən yaşca çox böyük, həyatını mövqe və karyera uğrunda çalışmağa həsr edən bir adamla evləndirilir. Bu adam ona ehtiyacı olan sevgini və rahatlığı təmin etməkdən çox, qorxu və xof yaratmaqla tərbiyələndirməyə çalışır. Üstəlik, evdən və onun qapalı ab-havasından qaçan Effie, klassik qotik üslubdakı qorxu romanlarında qarşımıza çıxan bir atmosferə sahib, qaranlıq dəhlizləri, kabusları olan bir evdə yaşamaq məcburiyyətində qalır. Uzun müddət sonra evin eşiyinə bir yellənən kreslo qoyulur. Yelləncəkdə olduğu kimi kreslo da su ilə torpağın arsında - dənizlə evin arsında bir mövqedə yerləşirdi. Evi dominant və tərbiyəçi kişi obrazı İnnstetten, dənizi isə cəsarəti, şən əhval ruhiyyəsi ilə Crampas təmsil edir. Və Crampas suyu təmsil etdiyi üçün, eyni zamanda günahı da təmsil etmiş olur. Effienin vəziyyətini ifadə etmək üçün ağlıma gələn ilk ifadə bu oldu, o nə yerdədir nə göydə. Bu ifadəni gündəlik həyatımızda çox istifadə edirik və bu vəziyyətdə yerinə düşdüyünə əminəm. Risk, həyacan, əyləncə arzusu onu burulğan kimi içinə çəkərkən bir tərəfdə də onun qorxunc nəticələri gözləyir. Qadının seçimlərində sərbəst olmadığı, cinsəlliyin tabu sayıldığı, boşanmanın yaxşı qəbul edilmədiyi cəmiyyətdə özü olmaq istəyən bir qadın, qaranlıq və mistik ab-havası olan bir evdə, daima təzyiq altında yaşayan və özü olmağa şans verilməyən bir qadın. Belə vəziyyətdə qadağan olunanın cazibəsinə qapılmamaq üçün güclü iradə gərəkdir ki, bu da Effiedə yoxdur. Ona görə nə evdə özünə yer tapa bilir, nə də qadağan olunanın arxasınca getməkdən duyduğu müvəqqəti həyəcan onu xoşbəxt edir. Diqqət cəlb edən məqam odur ki, Effeini öz əlləri ilə uçuruma itələyən valideynləri, xüsusilə ilə də anası idi. Vaxtilə özünün əldə edə bilmədiyi mövqeyi qızı əldə etsin deyə onun özündən yaşlı bir adamla evlənməsini istəyir. Günümüz üçün çox aktual bir mövzudur, öz yarımçıq qalmış arzularını övladları üzərindən həyata keçirməyə çalışan ata və analar. Nəticələr isə çox vaxt ürəkaçan olmur. Effie Briest nə xarakter olaraq da bizə yelləncəyi xatırladır. Nə yerdə idi nə göydə. Torpaq ilə səmanın arasında, havada, suya düşmə riski böyük olan bir mövqedə... Bu mənada da toplumdan da qopmuş, ona yadlaşmış bir obraz olaraq çıxır qarşımıza. Nə tamamilə azad ola, cəmiyyətin qaliblərinə əsir düşə bilir. Əsl sevgini nə ərində, nə sevgilisində tapır. Nə evin içinə həbs olmağa razı olur, nə də bağçanın rahatlığını əldə edə bilir. Bəlkə də bütün həyatını bir mübarizənin içində keçirir, ta ki yorulana, gücdən düşənə qədər.
Effi Briest
Effi BriestTheodor Fontane · Alfa Yayıncılık · 2018106 okunma
·
196 görüntüleme
Gamax okurunun profil resmi
Harika bir yorum, kaleminze sağlık... 👏🏻👏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.