Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

70 syf.
10/10 puan verdi
“İnsan anıldıqca yaşayır deməkdir” Doğum günündə Məhəmməd Əmin Rəsulzadəni sevgi və sayğıyla anırıq. 1920-ci ildə Lahıcda işğalçı qüvvələrdən gizlənən zaman Firdovsinin “Şahnamə” poemasını oxuyurkən Siyavuş haqqında dastandan ilhamlanaraq “indi sənə əsrimizin Siyavuşunu yazacağam” fikri ilə bu kitabı qələmə alır. Bu əsərdə Azərbaycanın müstəqil şanlı tarixinin başlanmasına, öz milli mənsubiyyətimizi dünyaya tanıtdırmağa səbəb olan milli hərəkatın tarixindən bəhs edir. “Bir kərə yüksələn bayraq bir daha enməz” ideyası məhz bu əsərində ortaya qoyulur. Rəsulzadə bolşevik rejimini poemadakı zülmkar Zöhhak obrazı ilə eyniləşdirir və yazır ki, bolşevizm müvəqqətidir, ona sadəlövhlüklə inananlar belə, gün gələcək onun mahiyyətini başa düşəcəklər. AXC-ni isə Siyavuş obrazına bənzədir, əsərdə Siyavuş ölür, amma onun ideyası qalır, Rəsulzadə də AXC ideyasının yaşayacağını çatdırır: “Əsrimizin Siyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir. Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərində uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli güşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar. İstiqlal və hürriyyətimizin kövrək əlaməti o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır.” Kitabın önəmli hissələrindən biri də Rəsulzadənin gənclərə səslənməsidir: “Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə- küçə dolaşaraq: “irəli, irəli Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbətdə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək. - Ya qazi və ya şəhid olacaqsan.”
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019123 okunma
··
660 görüntüleme
Agil okurunun profil resmi
Respublika Günündə bu əsəri yenidən xatırlamağa dəyər. Hər kəsə, xüsusilə də gənclərə tövsiyə edirəm.
Aysel okurunun profil resmi
Respublika Günündə bu əsəri yenidən xatırladaq.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.