Bu dəfə paylaşacağım kitab Rus ədəbiyyatının dahisi Qoqolun qələmindəndir. Bu pyes nə qədər yumor hissi ilə dolu olan bir pyes olsa da, o gülüşün içində o qədər acı doğrular var idi ki...
Qoqolun “Müfəttiş”i yumor hissi ilə cəmiyyətin qüsurunu, ikiüzlülüyünü, insan axmaqlığını Xlestakov sürəti ilə oxucuya çatdırıb. Ən maraqlısı da odur ki, əsrlər dəyişsə də, zaman getsə də, bəzi nüanslar var ki, onlar dəyişilməz olaraq qalır. Qoqol öz dövrünün çatışmayan cəhətlərini yazsa da, həmin çatışmazlıqlar bu gün də cəmiyyətimizdə mövcuddur.
“Müfəttiş” insanın şərəfini, vicdanını sorğulayan bir əsərdir. Qoqol bu əsəri ilə insanların özlərini kənardan görmələrini, səhvlərini anlamaqlarını göstərməyə çalışlb.
Kiçik pyes olsa da çatdıracağı mesajlar böyükdür. Bu pyesi məncə, dövrümüzdə ən çox bəzi harınlamış məmurlar oxumalıdır :))) Amma hər nə olursa olsun ədalət öz yerini tapır. Sadəcə olaraq zamanı və məqamı var. Bu əsər də məhz elə onu çatdırmağa çalışıb.
Oxunması vacib olan kitabdır. Kiçik və oxunması rahat olan əsərdir. Oxuyun, oxutdurun.