Gönderi

704 syf.
9/10 puan verdi
Ahh İlya...
704 səhifəlik kitab boyunca əsəb etdin məni. Amma bütün bunlara dəyərdi deyə düşünürəm. Kitabın əsas obrazı Oblomov: tərtəmiz bir ruha sahib, saf, həyacanlı, dürüst, fədakar, vecsiz, tənbəl, duyğusal özəlliklərə malik bir insan. Oblomov o qədər tənbəl bir adam ki 704 səhifəlik kitabın ilk 237 səhifəsini yatağından, otağından çıxmasını gözlədim. Evinə gələn, onu evdən çıxarmaq istəyən hərkəsə isə bir cavabı var: plan hazırlayıram. Oblomov, 300 kəndlisi olan Oblomovka'nın sahibidir. Oradan gələn pul ilə yaşayır, heç bir şey ilə məşğul olmaz. Kitab oxumağı sevməz, oxusa da yarımçıq qalar, ikinci dəfə oxumaz. Cəmiyyətdən çox uzaq, demək olar ki kimsə ilə danışmaz. Ştolts- Oblomovun ən sadiq və demək olar ki tək dostudur. Oblomovun düşdüyü çuxurdan çıxaran və Olqa ilə tanışmasına, sevgi yaşamasına səbəb olan insan. Ağıllı, sədaqətli, bəzən dostunu özündən daha çox düşünən, Oblomovkanın işlərini üzərinə götürən, ona nəzərət edən dost. Oblomov özündə hərhansı bir şey etmək üçün o qüvvəni tapa bilməyən, uşaqlıqdan tənbəl böyüdülmüş biridir. Onun həyatına rəng qatan tək şey sevgi idi. Lakin onu belə Oblomovluğuyla bərbad etməyi bacarır.(halaldı sənə-_-). Amma hər şeyə rəğmən çox təmiz qəlbli bir obraz. Etdiklərinə görə nə qədər əsəbləşdirsə belə yenə də özünü sevdirməyi bacarır. Kitabda obrazların həyata, yaşamağın məqsədinə, sevgiyə, evliliyə, çalışmağa aid düşüncələri çox təsiredici idi. Kitabı oxuyan hərkəs obrazlardan özünə dair nəsə bir şeylər tapa biləcək. Məsələn mən, həyatımda bəzi dövrlər varki Oblomovluq etdiyimi və bununda nə ilə nəticələndiyini bilirəm. İndidən oxuyan hərkəsə xoş mütaliələr və bol-bol səbr:)
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,8bin okunma
··
100 görüntüleme
Bu yorum görüntülenemiyor
Rza Mammadov okurunun profil resmi
Maraqlı mövzusu var. Cəlb elədi. Heyif ki, klassika oxuya bilmirəm😢
şəhanə okurunun profil resmi
Axıcı və səhifə sayı az olan klassikalardan başlasaz oxuya bilərsiz məncə. Çünki məndə ilk vaxtlar oxuya bilmirdim.Oxuduqca alışır insan)
1 sonraki yanıtı göster
Rza Mammadov okurunun profil resmi
Sənan Ali
Sənan Ali
Satranç və Dönüşüm oxumuşam. Oda çox oxunan klassiklər içində olduğuna görə oxudum. Daha çox Satranç Xoşuma gəlmişdi. Klassika az üstünlük verirəm. Daha çox araşdırma, Elmi, bioqrafiya, yealtı ədəbiyyatı , real hadisələrə əsaslanan kitablarla maraqlanıram.
şəhanə okurunun profil resmi
Məncə klassikalar da oxunmalıdı. Ümumiyyətcə hər mövzu ilə bağlı ən az bir kitab oxunulmalı. Elmi, bioqrafiq, klassik və s. fərq etməz. Klassikalar da sevilməyəcək kimi deyil də ama) Mini klassikalar da olsa oxuyun:)
1 sonraki yanıtı göster
Rza Mammadov okurunun profil resmi
şəhanə
şəhanə
Tamam təşəkkür sınıyaram.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.