Gönderi

614 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Bu romanı "Dan Brown'un qələmi ilə tanışlığım" adlandırmaq olar. Və ilk görüşdə aşiq olmaq bu olsa gərək. Mən ümumi olaraq detektiv janrında çox oxumuram. Lakin bu kitabda ayrı bir fövqəllik var idi. Başdan sona qədər hadisələrin sirrlər, macəralar və bir çox insanın dünya görüşünü artıra biləcək həqiqətlərlə dolu olması, hər bir ayrıntının reallıqdakı ilə uyğunlaşması insana çox təsirli gəlir. Baş qəhrəmanların xarakterləri, xüsusiyyətləri elə gözəl bölünmüşdü ki, hamısı bir birini tamamlayırdı. Pis rollar olmasına baxmayaraq hər bir obraza qarşı ayrı bir rəğbətim yarandı. Kimisinin yumoristik danışığına, kimisinin dönməz inamına görə.. Toxunulmuş mövzulara gəldikdə isə deyə bilərəm ki, əsər Sion Prioatı adlı gizli təşkilatın (hansı ki, zamanla Leonardo da Vinçi, İsaak Nyuton, Viktor Hüqo kimi dahi şəxsiyyətlərdə ora daxil olub) hamıya gizli olan bir sirrin ləyaqətsiz əllərə keçməməsi üçün mövzudan tamam xəbərsiz amma əslində içində olan Sofi Neve və Harvardın professor alimi sevimli qəhrəmanımız Robert Lenqtonun öncə o sirri tapmaları sonra isə qorumaları lazım idi. Amma bunun üçün uzun çətin bir yol onları gözləyirdi. Bu yolda, güvənmək üçün doğru birini tapmağın vacibliyi, insan saflığından istifadə edib ondan istifadə etməyi, öz mənafeyi üçün başqalarını məhv etməyi, bir insanın azadlıq üçün nə işlərə girişə biləcəyini, xristian, bütpərəstlik ənənələrinə əsasən etdiyi hər bir səhvə görə özünü qəddarcasına cəzalandırmağı, heç bir şeyin əslini bilmədən, bilmək istəmədən ən doğmasını belə atıb getməyin mümkünlüyünü və onun acı nəticələri kimi bir çox real hadisələrin şahidi də oluruq. Yenə də deyirəm bu kitabdakı sirli məlumatlar hər bir insanın biliklərini çox faiz artırma iqtidarındadır və sion prioratı, müqəddəs qadın və kişi başlanğıcı, dünyəvi sirr-qraal, kriptoqrafiya, rəmzlərin mənaları, sirli oyunlar, ikiqat şifrələr, Luvr muzeyindəki sirli portretlərin və Leonardo da Vinçinin işlərindəki şifrələrin sizdə maraq doğuracağını düşünərək, qəti şəkildə oxumağınızı tövsiyə edirəm.
Da Vinçi Şifrəsi
Da Vinçi ŞifrəsiDan Brown · Qanun Nəşriyyatı · 046bin okunma
·
111 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.