Gönderi

403 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
"Vicdan hatırladıkça, hiçbir suç unutulmaz." Merhamet (Sabırsız yürek) oxucunun hekayədəki obrazların acıma duyğusunu öz baxışlarından qiymətləndirməsini ələ alan dərin bir romandır. Əsər mərhəmət, acıma kimi duyğuların fonunda yaranan və insanı öz vicdanı ilə qarşı-qarşı qoyan bir psixoloji gedişata sahibdir və yazarın obrazların iç dünyasına nə qədər önəm verdiyinin sübutudur. Düşünürəm ki, əsərin əsas iki mesajı var. Birincisi, mərhəmət, acıma kimi duyğuların birinin həyatını yaxşılaşdırsa belə, böyük fəlakətlərə yol aça bilməsi, ikincisi isə hadisələri görüntüsünə görə qiymətləndirməməyin vacibliyidir. Bəs Stefan Zweig'in yazdığı əsərlər bizim üçün niyə dəyərlidir? Öz həyat hekayəsi və yazdıqları ilə həm yaşadığı dövrdə, həm də ölümündən sonra böyük humanist kimi iz qoyan Zweig illər keçsə də öz böyük yazarlığını daima qoruyub saxlayır. Demək olar ki Zweig'in bütün əsərləri bir başyapıt dəyərindədir. Hekayənin qurğusu, gedişatı baxımından oxucunu öz içinə çəkməsi, yazardan əlavə yaxşı bir yoldaş olması, insan psixologiyasına tam şəkildə hakim olması, oxucuya əsərdəki qəhrəmanlarla, yazarın özü və yaşadığı dövr ilə bağ qurmağa şans yaratması, insanlığın və münasibətlərin əsası olan sevgi, dostluq, vicdan, qorxu, ayrılıq, ölüm kimi məhfumları və duyğuları ələ alması və bütün əsər boyunca oxucunu sıxılmağa qoymadan mövzunu yalın dillə izah etməsi və anlaşılması baxımından Zweig daima oxumaq üçün tərcih olunan yazardır. Yaşadığı dövrün çətinliklərinə, sürgünlərə, yıxımlara baxmayaraq öz insanlıq qürurundan bir an olsun belə kənar qalmayan, insanların hüquq və azadlığını müdafiə edən mövqedə dayanan yazar "Həyatım boyunca mənəviyyat mənim ən böyük ilham mənbəyim və şəxsi azadlığım isə ən yüksək dəyərim oldu." deyirdi.
Merhamet
MerhametStefan Zweig · Yordam Kitap · 20136,2bin okunma
·
184 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.