Gönderi

340 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"1980'ci illərin sonunda hələ orta məktəbdə oxuyarkən kəşf etmişdik bu romanı. Böyük həvəslə oxumağa başlamışdıq və sonunda mənim də sıram gəlmişdi bu kitabı oxumağa, çünki o zamanlar kitabları, hələ ki, xarici dildən çevirilmiş belə kitabları çox az tapırdıq. Rayonun öz mərkəzi kitabxanası belə getdiyimiz olurdu. Ona görə bir kitabı oxumaq üçün sıramız gələnə qədər gözləməli, kitabı oxuyanların isə üzündəki o məmnunluq, tez müzakirə etmək hissini görüb, spoiler yeməkdən qaçıb tez bir zamanda bu kitabı oxumaq və həyəcanımızı basdırmaq üçün güc-bəla ilə səbr edirdik. Beləliklə uşaqlar səbirsizliklə oxuma sıralarını gözləyirdi. Oxuyanların da üzündəki o heyrəti, kitabın hər səhifəsini gərginliyə boğan Başsız Atlı'nın kimliyini bilmə duyğusunun baş qaldırdığı coşğulu sevinci görmək qaçınılmaz idi. Sıra ən yaxın dostuma gəlmiş və artıq axşam üzəri kitabı bitirdiyini sabah məktəbə aparacağını öyrəndiyim zaman mən də təbii ki, dayana bilməyib, kitabı ondan alıb, səhərə qədər bitirməyi hədəfləmişdim. Beləcə axşam qoyulmuşdum kitabı oxumağa. Qış ayı idi, özüm də odun peçinin (sobasının) yanında elə dalmışdım ki kitaba birdən hiss elədim başımı peçə o çox yaxınlaşdırdığımdan beynim başımın içində su kimi sağa-sola axır. O maraqla səhərə qədər bitirmişdim Başsız Atlı'nı. Artıq mən də bilirdim ki, kimdir bu müəmmalı 'Başsız Atlı!' " Yuxarıda bəhs etdiklərimi daha 8'ci daha ikən Azərbaycan dili və Ədəbiyyatı müəlliməm, həmişə dərsdə bir kitabdan söz açma adətinə sadiq qalaraq söz açmışdı. Bunun üzərindən mənim də marağım artmışdı bu romana qarşı. Hərkəsdən soruşmuş, kitabxanalarda axtarmış, ən son isə aylar sonra bir yay günü kənd kitabxanasından tapmışdın. Şerlok Holms tərzində bir dedektiv janrında bir romandır, amma Şerlok Holms bir çox cildə və dedektiv janrında həddindən çox detallara sahib olduğu üçün müqayisə etməyin lüzumu yoxdur. Sadəcə deyə bilərəm ki, dedektiv janrında ən yaxşılardan biridir. Əsərlə bağlı lazımi məlumat açıqlama qismində verilib və bunun oxuyucu üçün yetərli olduğunu düşünürəm. Başdan sona qədər savannalarda, dağlarda, dərələrdə dolaşan bu başsız atlının insanmı, ruhmu, nəmi olduğunu bilmək arzusu ilə yanıb-alışırdım. Nəhayət Başsız Atlı'nın kimliyini öyrənəndə bir qəhqəhə atmışdım və biraz da üzülmüşdüm. Artıq yeni tədris ilinin başlaması gözləyirdim ki, bu romanı müəlliməmlə müzakirə edim.
Başsız Atlı
Başsız AtlıMayne Reid · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 0552 okunma
··
473 görüntüleme
İnci Zadə okurunun profil resmi
Mənim coğrafiya müəllimim eynən bu tərzdə "Oliver Tvist"i oxumağa həvəsləndirmişdi məni. Kitabdan danışarkən gözləri parıldayırdı. Həmin müəllimimi də, kitab oxumağı da sevirdim o zamanlar. Ancaq müəllimimin kitabsevər olduğunu bilmirdim, bunu öyrənəndə kitabları sevdiyi üçün onu daha doğma görmüş, hobbimə isə daha çox bağlanmışdım.
Maks Mum Gorki okurunun profil resmi
Oxşar hadisə məndə ədəbiyyat dərsində mövzumuz İsa Muğanna'ya (Hüseynov) gəldiyi zaman olmuşdu. Həyatı haqqında yazılanlarda İsa Muğanna deyirdi ki, Robert Luis Stivinson'un "Dəfinələr Adası" kitabını gecə səhərə qədər oxuyub, bitirib. Məni həvəsləndirmişdi, gedib alıb, oxumuşdum. İki dəfə oxuduğum sayılı kitablardandır. Müəllim məni də həvəsləndirdiyi üçün həmin müəllimimə minnətdaram, amma ki, müəllimlərimizin əksəriyyəti elə həmin müəlliməm də çox şey verməyə qadir deyildi bizlərə. Ki Azərbaycanda əksəriyyətimizə çox deyil, az da olsa, birşeylər verməyə qadir olan sayılı şeylər var. İndi bir insan niyə kitab oxusun yox, niyə kitab oxumağa başlayıb sualı maraqlıdır mənə. Onu da kimsə tam olaraq açıqlaya bilmir. Bilmirəm bəlkə məni qane etmir verilən, yazılan cavablar. "Çox möhtəşəm məşğuliyyətdir" demək istədiyimdə həyatımın hər anı kitab oxuya bilməyəcəyim gerçəyi dang edir beynimə imtina edirəm bu cümləyə özümü inandırmaqdan. Bu dəfə ağlım çox qarışıq ola-ola yazdım bunları. Gerisi İsa Muğanna kərimdir.
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.