Jojo Moyesdən oxuduğum ilk əsərdir. Yazıçının üslubunu bəyəndim. Əsər gah məni güldürür, gah çox duyğulandırdığı yerləri olurdu. Əsərin baş qəhrəmanları Luiza Klark və Uill Treynor heç bir ortaq cəhətləri yoxdur, bununla belə bir-birlərini başa düşən yeganə insanlardır. Uill keçirdiyi qəzadan sonra iflic olur və bu, onun həyatından sevdiyi qız daxil olmaqla çox şeyi əlindən alır, həyatını tamamilə dəyişir. O olduqca pessimist olur və bilərəkdən Luizaya pis davranır. Lakin Luiza Uillin tam əksi olaraq hər xırda şeydə belə sevinməyə, xoşbəxt olmağa davam edir. "Səndən öncə mən" sevdiyiniz insanı sizin qəlbinizi qırdığı halda onu sevməyə davam etməkdir? sualina cavab verən romantik romandır.