Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Gəlin Nanə Yetişdirək!
Ayın tarixi 12 Mart'ı göstərir. İndidən deyim ki, bütün bunları oxuyub, itirəcəyin vaxta görə mən məsuliyyət daşımıram. Özümü bu dəfə fərqli iki şeydə tapmışam, iki fərqli kimlikdə və iki fərqli yerdə; birincisi "Yeraltı Adamı"nda ikincisi isə "Tək dərdi nanə yetişdirmək olan" sıradan dünyanın əksəriyyətini təşkil edən insan tipində. Bunlardan hansı olmaq məni daha xoşbəxt edir? Bilmirəm! Tək dərdi nanə yetişdirmək olan adam deyərdim. Yeraltı Adamı olmadan da yaşaya bilməyəcəyimi hiss edirəm.Yeraltı Adamı ilə başlayım: Dostoyevski Yeraltından Notlar kitabında deyir ki, yazarsam bütün bu qədər şeyi üzərimdən atacağımı düşünürəm. Ayrıca Heinrich Heine'nin bu alıntısına da yer verir: "Öz Yaşamının hekayəsini yazmaq demək olar ki, mümkünsüzdür və insan özündən danışarkən bir çox yalanlardan da istifadə edəcəkdir." İl 2019 İyulun 30'unu xatırladım. 14 günlük qızmar istinin təsiri ilə hələ də səyahətimə davam edirdim. Vəziyyət o yerdə idi ki, günün altında gəzməkdən qolum, çiynim və boğazım əməllicə yanmışdı və dərini rahatlıqla soya bilirdim. Iyy iyrənc səslənir hə? Elədir! O gün istinin altında Antalya'nın Ağsu ilçəsində yerləşən Perge antik şəhəri səyahət rotamın üstündə yerləşirdi. Nəhayət vardım, çatdım əntiqvari şəhərə. Ətraf sakit idi. Muzey Kartımı göstərib, keçdim içəri. Çantamı girişdə qoyub futbol stadionu böyüklüyündəki dağılmış şəhərin içində, uzun sütunlara, görünümünü gələ də qoruyan amfiteatr'a baxa-baxa ətrafı gəzib şəkillər çəkirdim. O an məndən başqa 35-40 yaşlarında iki adamla rastlaşdım. Yaxınlaşdım, biraz söhbətdən sonra məlum oldu ki, adam Hollandiya vətəndaşı türk imiş. Bura da Hollandiya'lı dostu ilə gəzməyə gəlib. Koppayoğlu'nun Euro'su. Ordan-burdan söhbət etdik, bu sırada da türkçəsinin biraz deformasiyaya uğramış olduğunu hiss elədim. Nəhayət telefonu uzadıb, şəklimi çəkməsini xahiş elədim adamdan. Sağolsun çəkdi. Sıxıcı şablon bir neçə poz verdim. Sonra da o məndən şəklini çəkməyimi xaiş elədi, keçdi qarşıma, başladı poz verməyə, amma nə başladı. Gah əllərini yuxarı qaldırır ağzını açıb-gözünü yumur, gah tək ayaq üstündə dayanıb, qollarını başı üstə birləşdirir vəs. kimi qırx cür hoqqadan çıxırdı. Bircə dombalaq asmağı qalmışdı. Mən də təbii ki, o anda heçbir anı qaçırmayıb, ölümsüzləşdirirdim. Adamın pozitiv enerjisi mənə necə keçmişdisə, hələ də hiss edirəm onu. Bu olayı düşündükdə gülürəm, bəzən də adını verə bilməkdə çətinlik çəkdiyim qarmaqarışıq duyğulara qapılıram. İnsanın azadlığının bir şəkil üçün verdiyi pozların sayı və çeşidliliyi qədər olduğunu düşünmüşdüm. Yeraltı adamı hal hazırda fikrimi o qədər qarmaqarışıq vəziyyətə salıb ki, azadlıq haqqında düşünüb, nəticəyə varmağa nə səbr qalıb nə hacət. Əşi, başını burax deyirəm. Alınmır! Bilirsən, elə insanları insanları çox sevirəm. Səyahətim də mənə bunu öyrətdi əslində. Məsələn sən o qədər kitab oxuyursan, bəzən xarakterinə zidd obrazlar kəşf edirsən, olmaq istədiyin şəxsin görüntüsünü verməyə çalışırsan, amma nəzəri. Praktikada bunu göstərmək istədiyin şəxslər, səni sən edən yaxınlarındır. Sənin "mən" dediyin şey də elə başqalarının səndən olmağını istədikləri şeydir. Buna görə tək başına idim mən də. Düşünmüşdüm ki, bəs mənim "mən" dediyim şey də var mıdır görən. Çətin! O gün aşağıdakı yazını yazmışdım. Yol kənarında çinar ağacları altında kreslo var idi. Elə ordaca oturub yazmışdım: "Gəlin bütün emosionallığımızı atıb, İsa'ya qədəki, tarixə gedib, gəzək. Nəinki, adicə yola çıxmaq! Günəşin vurmasından tut, ta küləyin sovurduğu toz-torpağın, tərlə isladılmış vücuduna hopmasına qədər. Heçbir şey dəyişmir. Bilmirəm! Bəlkə də, yolda maşınlar olmasa idi, azad şəxsiyyət ola bilərdim. Ya da, boşboğazlığ'ın əntiqə variantı olaraq bunu "Part 1" olaraq da qeyd edib, ardın gətirər kimi bağlayıb, heç açmazdım. Ya da, götürək məsləhət vermək istəyən insanların, Həyat Fəlsəfəsi'ni! Bunu ədəbiyyat'a janr kimi köçürmək istəsək adı "Yoxluq janrı" olardı. Gəlin sizə bir sirr verim. Əslində bu janr var, amma yox olduğu üçün kimsə, bilmir. Oturub özü ilə, iki kəlimə danışa bilməyəcək qədər aciz olan bəxtəvərlər də, ədəbiyyat'ın bir janrı'dır. Açıqcası böyük suallara bağlıyam. Qapı kimi, amma üstümdə açar yoxdur. Məsələmizi, ümumiləşdirməyə daxil edib, kök çıxarsaq; bəlkə də, böyük ədəbiyyat'ın kiçik janrı'ndan başqa heçbir şeyin kvadratı olmadığımızı anlayarıq." Bu oxuduğun bilirsən nədir. Qarmaqarışıqlıq! Burda məna hardadır? Bu nədir? İfadə etdiyi anlam nədir? Bax bu Yeraltı Adamıdır. Tək dərdi nanə yetişdirmək olan adam isə çoxdandır mənim olmaq istədiyim, amma ola bilmədiyim kimlikdir. Xalam oğlu keçən bir yazısında paylaşdı bunu. Yazının hələ də təsirindəyəm. Sözü keçən olay budur. Onun dilindən yazıram: "Bir neçə ildir tanıdığım kəsin düşdüyü depressiv bataqlıqdan özünü xilas etmək üçün seçdiyi üsul barədə danışırdıq. Çox əlaqəsiz, bizdən hər mənada uzaq, həyat tərzimiz, düşüncələrimiz bir-birinə zidd olan bir tanışla vaxt keçirməyə başladığında soruşmuşdum ki, o insanla necə vaxt keçirə bilirsən? Səni yormur? Cavab vermişdi ki, yorur, məsələn, dünəndən bəri sadəcə həyətində yetişdirməyə çalışdığı nanə haqqında danışmışıq, amma artıq bütün dərdi, qayğısı nanə yetişdirmək olan insanlarla ünsiyyətdə olmaq istəyirəm, bir də bunu yoxlayacam. Dünən uzun müddətdən sonra qarşılaşdıq, söhbətləşmək imkanı tapdıq. Mən yenə də həmin insan barədə sual verdim ki, necə hələ də o insanla vaxt keçirə bilirsən? Mən, bəzən, məcbur olub çox qısa müddət ona məruz qalıram və az qala bütün əsəblərim tüğyan edir, içimi yeyir, sən necə bacarırsan? Dedi ki, İnqilab, o vaxt danışdığımızdan sonra bunu yoxladım və alındı. O bataqlıqdan sırf bu üsulla xilas ola bildim. Bu insan məni normallaşdırır, düzləşdirir, aparır atır ucsuz-bucaqsız hamar səthin üstünə. Heç bir dünyəvi problem vecinə deyil, o barədə maraqlı da deyil. Onun üçün dünya küçədə gördüyü marjinal şalvar sahibinin geyiminə gülməkdən, kimlərinsə nə etdiyini müzakirə etməkdən, həyətində nanə yetişdirməkdən, maksimum da bürc söhbətlərinə qulaq asıb, onlara inanmaqdan ibarətdir. Oturur mənə bürclərdən danışır, bilirsən ki, nəinki bürc zad, heç allah da vecimə deyil, amma oturub dinləyirəm. Məsələn, bir az əvvəl haqqında xəbər oxuduğum və əlimdən oturub üzülməkdən başqa bir şey gəlməyən hansısa xəbər tərkibinin üstümdəki ağırlığı uçub gedir. Elə bilirəm ki, dünyadakı tək problem onun bacısının qaynatasının xəstələnməyidir, yaxud 2 gün əvvəl marketdə alış-veriş edərkən ona "siz" yox, "sən" deyə müraciət edən satıcının hörmətsizliyidir, ya da əkdiyi 5 nanədən birinin istədiyi kimi bitməməsidir. Başa düşürsən, İnqilab? Vaksinimi tapmışam. Onunla danışdıqca bəsitləşirəm, normallaşıram, düzləşirəm. Çox gözəldir. Tanıdığım ilk gündən bəri istər dünya görüşünə, istər analiz qabiliyyətinə heyranlıq duyduğum bu adam bu dəfə də məni təəccübləndirməyi bacardı. Hər şeydən bezmişəm, uşaqlar! Hamınızdan uzaqlaşıb, bir müddət tək dərdi "nanə yetişdirmək" olan insanlarla yaşamaq istəyirəm." Belə!
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.