·376 syf.··Beğendi
···Okunma: 16 Mart 2021 13:53 Həyat dəyişir ; bəzən zamanla, bəzən bir İnsanla! Heç şüphəsiz ki, biz insanların həyatında daim dəyişən anlar olur. Bunlar bəzən müsbətə bəzən isə mənfiyə doğru yönəlir. Amma biz heç vaxt bilmirik ki, baş verən mənfi və ya müsbət hadisələrin arxasında nələr gizlənir. Nəyə görə belə şeylər yaşayırıq? “Bu şəhərdə kimsə yoxdur” kitabı məhz beynimizdə düşünüb cavab tapa bilmədiyimiz bəzi bu kimi suallara cavab tapmağımızda bizə kömək edir. Hər birimizin həyatında Villi kimi həyata yaşadığı hadisələrə görə pessimist cəhətdən baxan və həmçinin Visam kimi nə yaşamış olursa olsun daim həyatı öz gözəllikləri ilə qəbul edən insanlar vardır. Mənim bu kitabdan öyrəndiklərim o qədər çoxdur ki, bir daha anladım əlimdəkilərin dəyərini, nə qədər çox şeyə malik olduğumu və daim Şükür etməyi bacarmağı... Həyat yaxşısı və ya pisi, acısı və ya şirini ilə bir bütün olaraq çox gözəldir. Həyatın gözəlliklərini qəbul edib onu sevərək yaşamamız diləyi ilə...🕊