Gönderi

208 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Salam Qədirzadə-Kəndimizdə Bir Gözəl Var 5/5 Bir müddət öncə @kitab_oxuyan_dostlar ilə canlı yayında danışmışdıq. (Bu arada keçid edib @kitab_oxuyan_dostlar səhifəsini İGTV videoları qismindən izləyə bilərsiniz) Dedim ki, mütləq postunu yazmalıyam. Yazıçının qələmi ilə ilk tanışlığım idi və ciddi anlamda çox bəyəndim. Fikirlərini, duyğularını çox aydın şəkildə yazıçı ifadə etmişdi kitabda. Kitabda, əslində hər birimizin həyatda rastlaşa biləcəyimiz obraz Yeganənin etdiklərindən bəhs edir. Yeganə yalançı keçmişi ilə Bakıya köçür və Əkrəmlə tanışır. İrəlləyən zamanlarda, münasibətləri ciddiləşir və ailə həyatı qururlar. Fəqət Yeganənin iki kəliməsindən biri yalan olduğu üçün Əkrəm zamanla onunla soyuyur. Müharibə başladığı zaman isə Əkrəmə nə qədər Yeganə getməməsi üçün yalvarsa da, Əkrəm yolundan dönmür və müharibə gedir. Olanlar isə bundan sonra olur. Yeganə yaşadığı həyatda dinc durmur. Əkrəm müharibədən çox başqa cür qayıdır. Qayıtdığından sonra isə ikinci həyatı başladığı üçün Yeganənin gerçək üzünü görür. Bu yolda illər öncə yolları kəsişdiyi lakin xatırlamağı, indiki zamanda isə eyni həyətdə yaşadığı Səltənət xalanın qızı Fəridə ilə kəsişir. Məncə bu qədər anlatmağın sizin marağınızı çəkmək üçün yetərlidir. Kitabdaki hər bir obraz fərqli olsada mənim ən sevimlim FƏRİDƏ idi! Bir insan sadəcə bu qədər gözəl dürüst ola bilərdi. Hələ kitabda bəhs olunan məkanlar. Uşaqlığımı keçirdiyim o Təzə Pir məscidinin olduğu küçələr... Kitabı sözün əsl mənasında yaşadım. Bakıya getdiyim zaman isə mütləq o küçəni daha incəliklə gəzəcəm və bir daha o kitabı qəlbimdə hiss edəcəm. Salam Qədirzadə əslində, romanında bütün obrazları, hadisələri açıqlığı ilə yazmışdır. Bununla da əslində həyatda da, belə hadisələrlə gün ərzində nə qədər insanın qarşılaşdığını anlamış ola bilərik. Yazıçının mütləq bütün əsərlərini oxumaq istəyirəm. Sizə isə kitabı çooox tövsiyə edirəm!!! Sevgiylə və kitabla qalın! Xoş oxumalar!
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015228 okunma
·
133 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.