6/10
·240 syf.··
Beğendi
·
2020 14. kitabı
·
8 günde okudu
·
Okunma: 17 Nisan 2020 13:53
Çingiz Abdullayev-Ailə Sirləri 3/5 Ah, bu kitabl dünən kimi xatırlayıram necə almışdım. Yeridə, anlamıda məndə çox başqadır. Çingiz Abdullayev”in “Məntiq Qaydaıları” kitabını oxumuşdum və açığı bəyənməmişdim Bir yazarın ilk əsərini bəyənmirəmsə, nədənsə sonradan da, o düşüncə qalır məndə ki, elə olacaq... Bu kitabı çox axıcı idi. Heç məni sıxmadı. Dronqo”da bir çox dedektif”dən daha yaxşı öz obrazını öhdələnmişdi. Berlində olan Dronqo keçmiş bir dostuyla qarşılaşır. Dostu onu ailəvi bir məclisə dəvət edir. Lakin Dronqonun olduğu yerdə bir hadisə olmazmı? Təbii ki, olar. Evin çox sevilməyən amma məclis səbəbkarı zəhərlənərək ölür. Hadisələr isə bundan sonra cərəyan etməyə başlayır. Birinci ölüm, ikinci ölümü gətirir ardından... Zamanla ortaya çıxan həqiqət isə ailə sirlərinin ortaya çıxmasına səbəbkardır. Dronqo bir hadisənin üstünü açarkən əslində ailənində öz içində dürüst olmasına yol açır. Açıq danışmaq lazım gəlsə, gözlədiyim qədər, tərifləndiyi qədər o təsirediciliyini görmədim... Buna görə tərəddüt içindəyən digər kitabları oxumaq üçün... Bəs siz hansı əsərlərini oxumusunuz yazıçının? Hansıları məsləhət görə bilərsiniz?
1000Kitap
Ailə SirləriCengiz Abdullayev · Teas Press · 201761 okunma
·
118 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.