Gönderi

Raskolnikov'un cümləsinə qonan böcək
"Sevgi, eşq.. hamı bunlardan yazır. Kimsə yalnız qalmaq istəmir. Hami tək qalmaqdan qorxur!" - deyə uzun uzadı düşünüb, hətta ardını da gətirirdim ki, artıq gördüm ucu- bucağı görünməyən yola atıram özümü. Özü də bunu "Cinayət və Cəza'nı oxuyarkən, binanın arxasında günəş qızdırdığı küncdə otururaq edirəm. Bu anda düşünmək üçün daha yaxşı bir şey tapmadığımdan irəli gələr ki, diqqətimi verdim adını da bilmədiyim kiçicik bapbalaca bir böcək gəldi qondu Raskolnikov'un cümləsinin üstünə. Kənd yerində xüsusilə də yay aylarında bu böcəklərdən çox çəkmişəm, amma alışmışdım təbii ki. Kəndli buna alışmasın bəs nə etsin?! Aha! Getdik yen keçmişə! Nə deyirəm, gedək də! Çölə gedərkən - Çöl dediyim şeyi belə izah edim sənə; bizim kənddə insanlar həyatlarını demək olar ki, inək, qoyun, əkin sahələrindən qazanırlar. Qısacası; Heyvandarlıq və əkinçilik. Bizim evin arxasından başlayır, 1'ci diren, 2'ci diren... Beləcə Pemka'ya ( heçvaxt görmək nəsib olmayan direnin sonundakı su fantonu) qədər səhv eləmirəmsə, 12 yada 13 diren edir. 20 km təxmini məsafə var. Hər dren də "Şor qano" dediyimiz, Kollektorlarla bir birindən ayrılır. Diren dediyim şey də, bu Kollektorların arasındaki sahələri təşkil edir. Hər diren də aşağı yuxarı 7-8 sahə olur. Bizim diren olan 6'cı diren (tamamı bizim deyil) evdən 30 dəqiqəyə yaxın məsafədədir və 17 illik zaman dilimində, nə qədər gedib gəlmişliyim var o yolu. Dəyişən bir şey yoxdur, kəndə gedəndə yenə eyni proses davam edir. Bəzən arada durub düşünür, hesablamağa da girişirdim, girişirəm.Təkcə, bu diren söhbəti mənim həyatımın 17 ilində nə qədər xatirə izi qoyub, danışsam həyatımı gərək töküm yazıya. Minlərcə dəfə bu yolu gedərkən edəcək, düşünəcək nəyin qalır ki! Əslində çox şeyin! Öz-özümə bədahətən şeir, meyxana, qəzəl uyduraraq, qafiyə qoşaraq getdiyim, bu yolu dönüşdə digər uşaqlarla qayıdır, futboldan söhbət edir, hərə öz tutduğu klubu tərifləyir göyə çıxardardı. Öna görə futbol haqqında bilgi və rəyimiz çox idi desəm yanılmaram. Messi və Ronaldo'nu tənqid edib, ən son oynanılan oyunu doğru və yalnışları ilə müzakirə edəcək səviyyədə hiss edirdik özümüzü. Söyüdlü Arx'ı oxumusan? Bax ordakı kimi, amma seyrək söyüdlü arx bizim kənddə də var. Daha çox "Böyürtkənli Arx" deyirəm mən ona. Çox böyürtkən kolu var önə görə. Direnləri bir birindən ayıran Böyürtkənli Arx! Sol tərəfi 40-50 metr genişliyində, bizim direnə qədər uzanan damma'lar (balıq böyüdülməsi üçün yaradılan süni göllər.) Bu Arx'ın bu başında olanlar o biri başında olanlarla bəzən sözümüz çəp düşərdi. Söyərdik bir-birimizi ta ki, arxın əvvəlinə çatanda - kəndə- yolumuz kəsişəndə gələrdik yan-yana. Başlayardıq gülməyə ki: "Hə noldu o biri tərəfdə olanda şirə dönürsən, yan-yana gələndə gülməyə başlayırsan. Hahah!" Nə günlər idi! Günəşin qırmızı şüaları üfüqdə bizə əl sallayarkən çatdardıq evə. Bəzən tez gəlirdik ki, gedək stadiona. Hərkəsdən güclə manat-manat, qəpik-qəpik topladığımız pulla aldığımız topu, bəzən bizi gözləməyib, gəlib, bizim həyətdən alıb, başlayırdılar futbol oynamağa. İlahi! Səs elə gəlirdi ki, uzaqda olsaq belə eşidirdik: "Pas! Pas ver! Qoool!" İçim-içimi yeyirdi ki, tez gedim çatdırım özümü. İnəkləri tələm-tələsik tövləyə salıb, var gücümlə qaçırdım stadiona. Anam bəzən əsəbləşirdi, danlayırdı məni, ki cücələri yerlerinə salmağa, yemləməyə kömək etmirəm ona. Haqq verirəm anama! Uşaq idim. Nə biləydim axı. Tək dərdim oynamaq idi. Anamın mənə əsəbiləşməsi, mənim futbola qaçıb, gün batandan sonra axşam saat 10'a qədər telefonların fənəri ilə hələ də oynamağa davam etməyimiz, fənəri yandırdığımız üçün ağcaqanadların hücumuna məruz qalmağımız, buna görə də kiminsə qapıçı olmaq istəməməsi, (çünki sabit duranda ağcaqanadlardan qaça bilmirsən) tər-suyun içində o saatda qaçaraq kanala girib çimməyimiz haqqında o qədər çox xatirə var ki. Anam əsəbləşməsin nə etsin! Hahah! Anaları da heçvaxt anlamadım getdi də. Ən gözəl görüntü nə idi bilirsən? Stadiona çatanda 8 yaşındakı uşaqdan tut, 55 yaşına qədər hər kəsi görə bilərdin orda. Heç vaxt qaçmağını xəyalımda canlandıra bilməyəcəyim Rövşən dayının topun arxasıca necə uşaq həvəsi ilə qaçdığını görürdüm. Şahin dayının qoyunları tələm-tələsik evin yoluna buraxıb, 7 yaşlı oğlu ilə meydana girməsini görürdüm... Belə! Deyəsən Çöl dediyim yerlə nəyi nəzərdə tutduğumu açıqlaya bildim. Hətta daha artığını. Hə, gələk böcəyə. Ona görə də uzun uzadı Hər bir insanın edəcəyi refleksi - əlimin kənarı ilə - vurub atacaqdım ki, o anda başladım düşünməyə: " Nəyə görə bu böcəyi öldürməliyəm. Niyə qondu bura? Dünyada o qədər yer var ikən niyə zamanlama, mənim bu gün, bu saat, bu dəqiqə, bu saniyə kitab oxuduğum ana təsadüf etdi." Bu söhbət əslində yenə xatirələrə dalmağım üçün bəhanə idi deyəsən hə? Bilmirəm. Bir şey deyim. Əslində nostalgiya ilə yaşayan adam deyiləm.(Yalan) Əsas da insanların məktəb illəri haqqında danışırkən yersiz emosiyalarını da anlamıram. Nə gərək var axı geçmişler bu qədər hətim-pətim olmağa?! (bu sözün varlığı haqqında məlumatsızam.) Əvvəlki, yazımda dediyim kimi: "Mən başımı itirmişəm!" Buna görədir bütün bu düşüncələr. Bütün bunların o böcəyin Raskolnikov'un cümləsinin üstünə qonduğu üçün olduğuna görə ittiham etməyə haqqım var görəsən? Göy gurultusu başımın üstündə hay-həşir salıb, külək də bir tərəfdən çıxdı, günəş də görünmür artıq. Bulud kəsdi önünü. Yağış yağacaq deyəsən. Üşüməyə başladım. Deysəsən donuram! Gedim evə. Ah! İnsanın gedəcək bir yerinin olmasını bilməsi necə də gözəl bir hisdir.
·
84 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.