8/10
·104 syf.··
2021 28. kitabı
·
4 saatte okudu
·
Okunma: 05 Mart 2021 22:16
Bu Kitab Tolstoydan oxuduğum 4cü kitab idi, və tam da düşündüyüm kimi oxumağa başladığım andan etibarən məni içinə çəkən kitab oldu. Kitabımız məhkəmə araşdırmaçısı olan İvan İlyiçin ölüm xəbəri ilə onun iş yoldaşlarının, dostlarının necə həyəcana qapılması ilə başlayır. Biz kitabı oxuduqca görürük ki, əslində İvanın ölümündə həqiqətən təsirlənən heç kim yoxdur, ağıllarına ilk gələn sual "görəsən onun vəzifəsinə kim təyin olunacaq" olur. İlyiçin artıq soyumuş bədənini gördükdə, bir anlıq ürpərib bir gün onun yerində yatan özləri olacaqlarını düşünsələrdə, bu fikri ağıllarından tamamilə uzaqlaşdırırlar. Həyat yoldaşının gözlərindən axan yaş simvolik olsada düşündüyü şey " pensiyanı necə düzəldə bilərəm" sualdır. Biz elə Tolstoyun öz məktubunda qeyd etdiyi kimi sıradan bir insanın sıradan bir ölümünü oxuyuruq. Lakin hər nə qədər sıradan olsada bir o qədər qeyri adidir. İvan İlyiçin ölümün soyuqluğunu, xəbərcisini hiss etməyə başladığı andan etibarən içini necə qorxu bürüdüyünü, həyatı, etdikləri, ailəsi, yaşantısı haqqında bildiyi hər şeyi necə sorğulamağa başlaması həqiqətən mənə çox dərindən təsir etdi. Yaşamımız gəlib keçir və biz bəlkə də ən son ana qədər həyatı yanlış yaşadığımızı anlamırıq. Əgər çox rus ədəbiyyatı və ya klassika oxuyan biri deyilsinizsə bu kitabı çox rahatlıqla oxuya bilərsiniz. Həm çox axıcı, həm həyatdan olan bir şəkildə bizə bir şey qata biləcək, həm də bir oturuşda bitirə biləcəyiniz bir kitabdır. İndidən hər kəsə xoş mütaliələr.
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261,2bin okunma
·
19 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.