Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

208 syf.
8/10 puan verdi
·
Beğendi
İndiyə kimi heç daxili bölünmədən əziyyət çəkdiyinizi düşünmüsüz? Cavabınız “hə”dirsə, elə isə bu kitab tam sizə görədir. Haqqında bəhs edəcəyim kitab Herman Hessenin 1927-ci ildə nəşr etdirdiyi “Yalquzaq” novellasıdır. Mövzusu “şəxsiyyət çoxluğu” olan Yalquzaq kitabı, yazarın yaradıcılığı ilə tanış olduğum ilk kitabıdır. Analizə başlamadan öncə qeyd edim ki, kitab nazik, tez oxunabilən görünsə də, ağır və həzm olunması çətin kitabdır. Oxumağa başlamazdan əvvəl bir az kitab haqqında araşdırdım və əsasən neqativ rəylərlə rastlaşdım. Amma mənim rəyim, düşüncəm bu istiqamətdə deyil. Kitab insanı öz daxili aləminə, onu sorğulamağa və düzgün sorğulayanı da aydınlatmaya aparır. Bəlkə də bu, yazarın Freyd və onun davamçısı sayılan Yunqun “psixoanaliz” metoduna olan marağı və dərindən araşdırması ilə bağlıdır. Həmçinin əgər Gote, Motsart kimi dahi şəxsiyyətlər marağınızı çəkirsə, kitabı oxumağınız üçün digər səbəb də kitabda onlar haqqında heyranlıqla bəhs olunmasıdır. Kitabdakı hekayəni 3 fərqli bucaqdan dinləyirik. Biri əsas obrazımızın yaşadığı evin sahibəsinin bacısı oğlu, ikincisi obrazın özü və üçüncüsü isə elə obraz haqqında yazılmış sehirli bir traktatda yazılanlar. Romanın ən qəliz hissələri də, deyərdim ki elə bu traktatdadır. Anlayıb həzm etmək üçün bəzən bir neçə dəfə oxumalı olursunuz. Əsas obrazımız, Harri Haller adlı elm adamıdır. Bu insan, öz daxili aləmində baş verənləri iki hissəyə bölərək bütün yaxşı şeyləri insanlığı altında, digər pis xüsusiyyətlərini isə yalquzaq adı verdiyi digər tərəfinə yükləyib. İlk başlarda yalquzaq tərəfinin əsiri olan Haller, hətta intiharı belə düşünür. Həmişə daxilində bir küncdə dişlərini qıcayaraq ona baxan canavarın mübarizəsi ona əziyyət verir. Lakin hadisələr elə cərəyan edir ki, o bir müddətlik yalquzağı susdura bilir. Amma hara kimi? Əslində Harri nə qədər savadlı, təhsilli biri olsada, öz daxilində baş verənləri çox bəsitləşdirmişdi. İnsanın daxili aləminin müxtəlifliyini, rəngarəngliyini sadəcə iki hissəyə ayırmaqla o, özünə qarşı haqsızlıq etmiş olur.
Yalquzaq
YalquzaqHermann Hesse · Qanun Nəşriyyatı · 20137,7bin okunma
·
70 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.