Təhlil
10/10
·134 syf.··
Beğendi
·
2021 1. kitabı
Qeyd etmək istərdim ki, gənc şair Həsən Hüseynovun sayca ilk kitabı olan “Sevgi səninlə gözəldir” adlı şeirlər toplusunu mənə təqdim etdikdə ona olan minnətdarlıqla yanaşı həm də marağımı daha da artırmış oldu. Bu minvalla 134 səhifəlik kitabda şairin cəmi 97 şeiri nəşr edilib. Xüsusi olaraq qeyd etmək istərdim ki, kitabın başlıca özünəməxsusluğu onun içərisində toplanan bütöv şeirlərində, bəzəndə isə bəndlərində əksərən isə misralarındadır. Kitab haqqında düşüncələrimi qələmə almaqda da elə əsas məqsəd buradan qaynaqlanaraq bu təəssüratları yazıya çevirməyə əsas səbəb də misralarda olan bənzərsizlik, bəzən isə bu bənzərsizlikdən doğan “ağlı başdan alan” epitetlər, metaforalar, mübaliğələrdir. Ümumiyyətlə, gənc şairin şeirləri düşündürücüdür. Gənc şair çox zaman misralarında sözün elə uzaq mənasına arxalanır ki, onu tapıb yenidən yerinə qoymaq oxucu üçün elə də asan başa gəlmir. Məsələn: İsti gecənin birində, Soyuq bir qış günündə, Qalın paltarda üşüyəndə, Yazmağa başladım. Birinci misrada aydın olur ki, gənc şair dərdi can-başla qəbul edir, ikinci misrada artıq həddi aşır, digər misralarda isə üstəlik dərdin bəlasını da boynuna götürmüş olur. “Sevgi səninlə gözəldir” adlı kitabla daha yaxından tanış olarkən burada olan bədiilikdən söz düşdükdə bir daha qeyd etmək lazımdır ki, onun şeirlərinin ən qabarıq cəhətləri misralarındakı yeni söz birləşməsi tipləri çox zaman adət etmədiyimiz qafiyələr, sözün içinə-məna dərinliyinə baş vurmaq kimi sənət əlamətləri xüsusi olaraq diqqəti cəlb edir. Onları oxuyanda belə qənaətə gəlirsən ki, gənc şair Həsən Hüseynov şeirlərini misralara birnəfəsə, bədahətən deyilən, üstündə “əməliyyat” aparılmayan, redaktə olunmayan bir formada oxucusuna təqdim edir. Məhz buna görə də onların ahəngi, səsləşməsi, bir-birinə qovuşuqluğu, qafiyəsi, hər şeydən əvvəl, gözlənilməz və çox vaxt da yerində işlənmə üslubuna görə heyrət doğuracaq qədər təbii olaraq görünür. Bu baxımdan da məhz gənc şairin əksər şeirlərində məzmundan daha çox forma və üslubu mütaliə zamanı oxucusunu “tutur”, onu hətta istər-istəməz “baş bulamağa” vadar edir. Məsələn: Bu gündə yorğunuq sanki it leşi Yenə yuxu yoxdur saat keçib ta beşi Sübh çağı Azanın səsinə dursan Deməli səndə xoşbəxt adamsan Ya seçilmişsən ya seçirsən sən Qarşımda səssiz keçirsən sən Yadlaşmış illərin üzbə-üz binasıyıq biz Bir birimizə baxırıq qovuşa bilmirik Aramızda illərin ağacları var Ağaclarda çoxdur bir-birimizə İrəli atmağa addım yeri dar Müasir poeziyamızda ən çox sevgi şeirlərindən söhbət düşdükdə mənə belə gəlir ki, bu kimi qeyri-bənzərsizliklərə çox nadir hallarda misralarda rast gəlinir. Məhz bu kimi duyğulu şairlərin qələmə aldıqları misralar isə onların sevgi şeirləri kimi ürəyinin pıçıltısı, qəlbinin həyəcanı, gözünün işığından yaranır ki, o, heç zaman “sevirəm”, “yanıram” kəlməsini belə işlətmir, əksinə bu hisslərdən doğan duyğuları, düşüncələri və baxışları insan qəlbindən misaralara köçərək həzin-həzin oxunur. Çox zaman isə gənc şair öz misralarında zehninin hakim kəsildiyi sevgilisinin rəsmini, onun cizgilərini sadəcə sadalamaqla diqqətə çatdırmır əksinə onun bənzərini göz önünə gətirməklə sözlərdə baş qaldıran duyğular misralarda narın yağışın səsi, gözlər yağışdan sonrakı göylərin rənginə çevrilə bilir. Bu baxımdan onun duyğusal xəyali söhbətləri daha təsirli və daha dolğundur. Bunun nəticəsidir ki, gənc şairin “Sevgi səninlə gözəldir” kitabında saf və zərif sevgi duyğuları öz ahəngində daha təravətlidir. Daha çox sevgi şeirlərinin toplandığı kitabda hər zaman oxucuya xoş gələn cəhətlər çoxluq təşkil edir. Hətta deyərdim ki, burda elə şeir misraları da var ki, oxucuya onlar daha çox yaddaqalan süjetli bir əsər təsiri bağışlayır. Çox zamanda da misralarında başlanan bədii parçada olduğu lirik qəhrəman obrazı onun həyat yollarını, həyatının sərt üzünü özünəməxsus şəkildə vərəqləməklə müəllif özü onun bələdçiliyini edir, həsrətə yol verməyən üsullarını, gözlərinə köçürdüyü tin və döngələrini, izi ilə gələn kölgələri öyrənir. Bununlada oxucusuna mənim həyat hekayəmi vərəqlə deyir. “Sevgi səninlə gözəldir” adlı kitabının müəllifi olan Həsən Hüseynovun gələcəkdə daha da püxtələşməklə onun şeir yaradıcılığının müasir poeziyamızda xüsusi bir yerinin olacağı ümidləri heç də danılmazdır. Qeyd etməliyəm ki, həm də bu poeziyada ayrıca bir dərd, kədər mövzusu da xüsusi olaraq hakim mövqe tutur. Bu həm də müəllifin dilindən qəlbən sevən lirik bir qəhrəmanın hicran, ayrılıq, giley və nisgil sevdasıdır.
1000Kitap
Sevgi Səninlə GözəldirHasan Hüseynov · Star Çap Evi · 20211 okunma
·
54 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.