Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

916 syf.
10/10 puan verdi
·
Beğendi
·
28 günde okudu
..keçmiş təkcə inadkar deyil, həm də hiyləgərdir. O sənə qarşı mübarizə aparır. Kitab haqqında fikirlərim o qədər qarışıqdır ki, cümlələri toparlaya bilmirəm.Haradan başlayım, harada bitirim?!Kingdən oxuduğum üçüncü və ən sevdiyim romanı oldu.Elə 11/22/63 romanı müəllifin ən yaxşı kitabı hesab olunur. Bu fikirlə razıyam,çünki digər oxuduğum iki kitabla müqayisədə bu roman mənim favorim oldu. Roman elə ilk səhifələrdən oxucunu ələ ala bilir və ürəyə sirayət edir. Əgər keçmişə qayıtmaq kimi şansınız olsaydı istifadə edərdinizmi bu şansdan? Yaxud da keçmişinizdən nələrisə dəyişmək istəyərdinizmi? 11//22/63 zamana səyahət romanıdır.Amma elə bir roman ki, duyğu dolu, real tarix və inanılmaz sonlu.Köhnə Amerika, musiqilər, zavodların iyi, küçələr, insanların bir-birinə davranışı, geyimləri elə canlı şəkildə təsəvvür edilib ki, özümü də oranın ab-havasında hiss elədim. Məqsəd keçmişə gedib Amerikanın 35-ci prezidenti olan C.F.Kennedinin sui-qəsdinin qarşısını almaqdır. Dostu Elin son xahişi olan bu öhdəçilik ingilis dili və ədəbiyyat müəllimi Ceyk Eppinqin üzərinə düşüb.ABŞ tarixində baş verən maraqlı faktlar, obrazların özünəməxsusluğu, təcrübələri, xarakterləri o qədər incəliklə təsvir edilib ki əsərdə.Həm də yazıçı bu romanı ərsəyə gətirənə qədər uzun illər araşdırmalar aparmışdır.Hətta kitabın sonunda bildirib ki, həqiqətən Kennedinin qatili Osvaldın yaşadığı evə gedib. Eppinqin səyahəti 1958-63-cü illəri əhatə edir. Hadisələrin davamı elə bir hal alır ki, əsas diqqət mərkəzində Kennedinin ölümündən çox Eppinqin başına gələnlər olur. Bu roman təkcə siyasətə yönümlü roman deyil. İçində dostluq, mərhəmət, tarix, sevgi, bilim-qurğu da var. Mənim üçün romanın əsas iki qəhrəmanı Seydi və Corc Amberson (Ceyq Eppinq) idi. Duyğular tavan olmuşdu. Bu bildiyimiz, eşitdiyimiz, gördüyümüz sevgidən fərqli sevgi idi. Müxtəlif zamandan olan iki insanın məhəbbəti. Onların sevgisində Mərhəmət var idi, qarşılıqlı anlaşma var idi, itirmək qorxusu hər şeyi üstələyirdi. Corc elə gözəl sevirdi ki, mən də onun sevməsini sevdim. 11/22/63 insanın tarixin təbii gedişatında etdiyi dəyişikliklərin nəticəsini oxucuya göstərir.
11/22/63
11/22/63Stephen King · Qanun Nəşriyyatı · 20143,053 okunma
·
73 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.