7/10
·128 syf.··
2021 8. kitabı
Salam. Bu dəfə həm fərqli, həm də hər kəs tərəfindən bir mənalı qarşılanmayan, mini klassika olan Tomas Mannın “Venesiyada Ölüm”ü haqqında fikirlərimi yazmaq istəyirəm. Cümləm çox uzun oldu deyəsən. Elə bu kitabda da elə cümlələr olurdu ki, bir abzası tuturdu və başa düşmək çətin olurdu və təkrardan oxuyurdum. Kitab demək olar başdan sonra təsvirdən ibarətdir. Dialoqa çox az yer verilib. Yəqin elə ona görə çox oxucu bu təsvirlərdən sıxıldığı üçün yarımçıq buraxıb. Amma mən sıxılmasam da, düşünürəm ki, “bu kitab mənə nə qatdı”? Altını xətlədiyim çox cümlələr oldu, amma bir biseksualın özüdə 50-li yaşlarında birinin, 13-14 yaşlı yeniyetməyə aşiq olmağına anlam verə bilmədim. Düzdür Onun istəyi çərçivədən kənara çıxmamışdı, bədənən deyildi bu istək. Bu uzaqdan bir məhəbbət idi. Amma yenə də mənim təxəyyülümə, düşüncəmə uymadı. Aşenbax incəsənətə vurğun, özünü bu sahəyə adamış yazıçıdır. Və bir gün hər şeydən uzaqlaşıb dincəlmək üçün Venesiyaya gedir. Orada Polşadan olan, yeniyetmə Tadzionu görür və onun gözəlliyinə vurulur. Hətta onun sevgisi sonradan xəstəliyə tutulmuş bir adama bənzəyir. Hər gün onu güdür, onu düşünür, ağlıNdan çıxarda bilmir. Oğlanın gözəlliyi qarşısında duyğularının qarşısını ala bilməyən Aşenbax, həm də bu məhəbbətdən xəcalət çəkir. Amma yenə də bu yoldan dönmür. Bir sözlə kitab Aşenbaxın oğlana olan hissləri, düşüncələri və onun gözəlliyi haqqındakı təsvirlərdir. Yazıçı ara sıra yunan mifologiyasına da toxunub. Ən maraqlısı isə Aşenbaxın elə Tomas Mann olduğunu qeyd edirlər. Yəni bir növ onun da həyatından hissələr oxumuş oluruq. Əgər ki, oxumaq istəsəniz şans verin, oxuyun.
İnsan ve Duygular
Venesiyada ÖlümThomas Mann · Qanun Nəşriyyatı · 20184,667 okunma
·
95 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.