Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

216 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
" Piedra çayının kənarında oturdum ağladım... Əfsanəyə görə, bu çayın sularına düşən hər şey, yarpaqlar, böcəklər, quş tükləri, bunların hamısı çayın altında daşa çevrilirmiş. Ürəyimi bağrımdan söküb, axıb gedən sulara atabilmək üçün nələr verməzdim. "- deyə başlayıb sizi Pilar'ın qısa ama həyatını kökündən dəyişəcək səyahətinə aparır Paulo Coelho. Pilar uşaqlıqdan bəri sevdiyi insanla yenidən görüşür, artıq ikisidə çox böyümüş, sevdiyi insan özünü sadəcə Tanrıya həsr etmiş, papaz məktəbinə yazılmış, dini çıxışlar edir. Pilar'ın içindəki qorxu, qəbul etmək istəmədiyi sevgi, çiynindəki qaça bilmədiyi məsuliyyətləri , bir qadın olaraq istək və arzuları... O qədər mükəmməl şəkildə işlənmiş bir obraz idi ki Pilar. Oxuyarkən özümü onun yerində hiss etməməyim mümkünsüz idi. Daxili aləmini sonuna qədər görüb, kəşf etdiyimiz bir obraz oldu. Gənc adamın Pilar'a qarşı duyduğu dəyişməz və dərin sevgisi kitabı çox gözəlləşdirir. " Məni sevmədiyini bilirəm, ama bu həyatda uğrunda mübarizə aparmağa dəyəcək şeylər var. Və sən buna dəyərsən. " Real həyatda çox az olsa da, kitablarda saf və çıxara dayanmayan hisslərin var olması həqiqətən ümid verici bir şeydir. Sevgi romanları oxumağı, o çəhrayıyla boyanmış yalançı xəyal dünyalarına həbs olunmağı sevən oxuculardan deyiləm. Ama oxuyanda da, Paulo Coelho'nun yaratdığı kimi, orijinal və həm müsbət, həm də mənfilikləri ilə tərtəmiz əks olunmuş kitablar oxumaq həzz verir. Hər kitabında məni bildiyimi zənn etdiyim şeyləri yenidən sorğulamağa itələyir. Tanrısal sevgi, fiziki/mənəvi sevgi və s. Sevginin hər hansı növü olsa da onun müqəddəsliyini danmayan bir kitab. Əminəm ki sizə çox şey verəcək. "Bizə aid olanı, bizə kimsə geri verə bilməz." Gününüzün sehirli anını qaçırmamağınız diləyi ilə, xoş mütaliələr.
Piedra Irmağı'nın Kıyısında Oturdum Ağladım
Piedra Irmağı'nın Kıyısında Oturdum AğladımPaulo Coelho · Can Yayınları · 20198,8bin okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.