Gönderi

855 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Tolstoy-Anna Karenina
Tolstoy sən bir dahisin:) 855 səhifədə din,siyasət,xoşbəxt və bədbəxt ailələr,bu bədbəxtliyin səbəbi və daha nələr var...Bitdi deyə pis olduğum nadir əsərlərdən biri olan möhtəşəm bir əsər qoydun bizlərə...Bir sıra yazarlar tərəfindən ölmədən əvvəl mütləq oxunacaq əsərlər sırasına daxil edilib "Anna Karenina".Oxuduqda zatən bunun səbəbi aydın olur:) Əsərin yazılmasıyla bağlı belə bir maraqlı rəvayət də var.Belə ki,əsəri yazmaq üçün otağına çəkilən yazarımız xidmətçisinə tapşırır ki,onu narahat etməsin yeməyi qapının ağzına qoyub getsin.Bir axşam xidmətçi yenidən yemək gətirdikdə səhər və nahar yeməyinin qoyduğu kimi qapının ağzında olduğunu görür.Yazarın başına bir iş gəldiyindən qorxub qapını döyür.içəri girməyə cəsarət etmir.Amma qapını açan səs verən olmur.Xidmətçi qaçaraq yazarın qohumlarına xəbər verir.Onlar tələsik gəlib qapını açıb içəri girdikdə görürlər ki,Tolstoy yerə uzanıb,saatlarca yemədən içmədən halsız halda ağlayır.Qohumları nə oldu?dedikdə Tolstoy başını yerdən qaldıraraq ağlayaraq deyir ki,Anna Karenina öldü... Bəli... Tolstoy əsərini hiss edərək yazır,obrazlara bağlanır, Annası öldüyü üçün ağlayır.Eynisi əsəri oxuyanlarda da müşahidə olunur:)
Anna Karenina
Anna KareninaLev Tolstoy · Alfa Yayınları · 200238,5bin okunma
·
48 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.