Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bu yaxınlarda çox sevdiyim kitablardan birində bir hekayə oxudum. Bu hekayə tam da günümüz insanın düzgün olmayan seçimlərindən bəhs edir. Qısa özətini yazıram: Deməli, çox yaraşıqlı, boy-buxunlu bir kişi bir dərzinin yanına gedir və ondan özü üçün bir dərs kostyum tikməyini istəyir. Dərzi adamın ölçülərini götürür və başlayır işləməyə. Bir həftə sonra geyim artıq hazır olur və adam gəlib geyimi geyinir. Güzgüdə özünə baxanda görür ki, pencəyin yaxası düzgün durmayıb. Bunu dərziyə deyir, dərzi isə cavabında “onun həlli çox asandı, sağ çiynini biraz aşağı tut, pencəyin yaxası düzələcək” deyir. Adam dərzinin dediyini edir, bu zaman da pencəyin sol ətəyi düzgün durmur. Adam dərziyə bunu deyəndə, dərzi yenə “heç nə olmaz, sol əlinlə ətəyi tut biraz aşağı çək düzələcək” deyir. Adam deyiləni edir. Amma belə olanda da kostyumun şalvarı düzgün durmur, adam bunu da irad tutur və dərzi yenə cavabında “ayağının birini biraz qabaqlıq qoy düzələcək” deyir. Nəysə bunlar razılaşır və adam geyimi götürüb gedir:) Bu geyimi geyinən o yaraşıqlı adam yol ilə gedərkən eyni anda həm çiynini qısıb, həm əli ilə kostyumun ətəyini dartıb həm də bir ayağını o birindən fərqli qoyaraq yeriməyə davam edirmiş. Kənarda oturan iki kişi birdən bu adamı görür və biri o birinə deyir; “yazıq adam, gör necə yeriyir yəqin şikəstdi” Digər kişi cavabında deyir; “hə yəqin ki nəsə fiziki qüsuru var, amma mənə bir şey çox maraqlıdı, o yazıq şikəst belə gözəl kostyumu hardan alıb?” Başa düşürsən? Bizim üçün uyğun olmayan, fikirlərimizin, zövqlərimizin, düşüncələrimizin üst-üstə düşmədiyi insanları həyatımızda tutaraq, özümüzü qəlibə salırıq. O insanlarla heçnə olmamış kimi münasibətə davam etdikcə, hərşeyə dözüb, hərşeyi altdan aldıqca, öz rahatlığımızı, istəklərimizi gözardı etdikcə özümüzü “şikəst” edirik. Halbuki qüsurlu olan o adam deyil, əynindəki geyim idi. (~qaralama~)
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.