10/10
·456 syf.··
Beğendi
·
2021 19. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Nisan 2021 16:49
Adətən ardıcılları olan kitablarda ilk kitab tutur deyə yazıçı davamını yazır və növbəti kitab elə də yaxşı alınmır. Roulinq üçün isə bu tam tərsinədir. Hər növbəti kitab əvvəlkidən daha maraqlı olur. Üçüncü Harri Potter kitabını bitirdim və mükəmməl idi. Harri Potter kitablarında xoşladığım bir cəhət Roulinqin kitabın əvvəlindən başlayaraq çox da gözə çarpmayan, xırda detallar yerləşdirməyi və kitabın sonuna doğru o detalları açaraq oxucuda təəccüb yaratmasıdır. Son 100 səhifəsi xüsusilə maraqlı idi. Oxuduqca vaxtın necə keçdiyini bilmədim.
Harri Potter və Azkaban MəhbusuJ. K. Rowling · Qanun Nəşriyyatı · 201442,3bin okunma
·
88 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Eynən, yazıçı hər yeni kitabında oxucunu təəccübləndirməyi bacarır 👌🏻😍
Hə filmləri də maraqlıdı 😍