Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
·
Puan vermedi
İlk tarixi-fəlsəfi roman olmaqla Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan "Qızlar bulağı" xalqın tarixi keçmişini düşünən və onun mənşəyini araşdıran Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında mühüm yer tutur. Çəmənzəminli ilə tanışlığım hekayələri ilə başlamış, sonra isə uzun müddət təsirindən çıxa bilmədiyim "İki od arasında" romanı olmuşdu. Diqqətimi hər iki romanda da mifoloji elementlər cəlb etdi ki, bunlar Yusif bəyin eyni zamanda folklor araşdırıcısı olmasından irəli gəlir. "Qızlar bulağı" bir növ yuxu içində yuxu motivli bir roman təsiri bağışlayır. Əsərdə Ceyniz, Çopo kimi obrazlar mühafizəkarlığa, durğunluğa qarşı mübarizələri ilə, xüsusilə də əvvəlcə mühafizəkar mövqe sərgiləyən sonra isə Ceynizin təsiri ilə düşüncələrini dəyişən Çoponın əsərin sonuna qədər qəhrəman bir mövqe sərgiləyərək iskit tayfalarına qarışması, onları ağıllı siyasəti nəticəsində oturaq həyata sürükləməsi, təkcə hal-hazırda özünün yaşadığı "Yel" qəbiləsinin yox, həmçinin əvvəlcədən yaşadıqları "Xoruz", "Qoç" kimi qəbilələri iskit hücümundan qoruması və kitabın sonunda isə səadətini bütün xalqın səadətində görməsi diqqəti cəlb edir. Çoponın və həmçinin "Yel" qəbiləsinin bir amalı var idi, o da azad yaşamaq, hər cür uydurma adət-ənənədən qopmaq və bunun üçün mübarizə aparırdılar. Çopanın da Nuşaya dediyi kimi, "sənin ana ayrılığı yolunda tökdüyün göz yaşları irəliki nəsillərin səadət çiçəyini suvaracaq". Bir sözlə, bir oturuşa oxuyub bitirə biləcəyiniz, mifoloji ünsürlərlə zəngin, xalqın qədim adət-ənənəsin göstərən və ən əsasl fəlsəfi nöqteyi-nəzərdən diqqətə layiq bir əsərdir. Hətta əsərdə eynicinli münasibət barəsində də müxtəlif fikirlər söylənilir. Bu sadaladıqlarıma xüsusi maraq göstərənlər üçün bir nəfəsə oxulan tövsiyyə etdiyim kitablar arasına daxil oldu.
Qızlar Bulağı
Qızlar BulağıYusuf Vezir Çemenzeminli · Bakı, Hədəf Nəşriyyatı · 201662 okunma
·
108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.