Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
4/10 puan verdi
·
5 günde okudu
* Tarix boyu qadınlar niyə əks cinsdən daha kasıb oldu? Virciniya Vulf bu suala öz dostu Meri üzərindən cavab verir. Əgər Merinin anası atası kimi pul qazansaydı, nə Meri, nə də digər 12 bacı-qardaşı dünyaya gələcəkdi. Hər uşaq üçün 9 ay hamiləlik, ardından 5 il uşağın başına gələcək hər fəlakətdən qoruma dövrü və qadın qocalıb karyera qurmaq yaşını keçir. Əgər Merinin anası və ya nənəsi pul qazansaydı belə bu dəfə yollarını qanunlar kəsəcəkdi. Çünki qanun qadının qazandığı hər qəpiyi ərinin malı olaraq qəbul edirdi. * Müasir dövrümüzü deyil, 100-200 il və ya daha öncəsini düşünək. Bir çox ölkələrdə qadınların ümumiyyətlə təhsil alması, bəzilərində isə kişilərlə birgə eyni təhsil müəssisəsində oxuması qadağan idi. Qadınlar üçün açılmış Universitetlər həm barmaqla sayılacaq qədər az, həm də zəruri şəraitdən məhrum idi. Oğlan məktəblərinə krallar, varlı təbəqə tərəfindən axıdılan sərvətin yanında kiçik bir qız məktəbi üçün illərlə lazımi məbləğ yığıla bilmirdi. * Qadınları aşağılamağa çalışan kişiləri incələsək, onların öz cinslərinin ən çirkinlərindən, ən savadsızlarından, ən gücsüzlərindən, maddi baxımdan ən zəiflərindən təşkil olunduğunu görərik. Kişi qadını nə qədər aşağı görürsə görsün, özünə belə etiraf edə bilmədən qadına ehtiyac duyur. Güclü həmcinslərinin onun möhtac olduğu qadınlara yaxınlaşa bildiyini gördükcə daxilində onu yeyib-bitirən qısqanclıq kişini qadını aşağılamağa və bu yolla onu gözündə kiçildərək daha asan əldə olunan bir varlıq olaraq görməyə itələyir. * Dünyadakı bütün qadınların təhsili, özünü keçindirməyə yetən pulu və başını soxacaq kiçik bir evi olsaydı, cənnəti bu dünyada yaşayardıq. Bir miqdar pul qazana bilən bir qadın artıq heç bir kişiyə möhtac qalmadığından döyülməyə, söyülməyə göz yummaz, sevgi bağı olmayan bir kişini rahatlıqla tərk edərdi. Təəssüf ki, hələ də orta əsr psixologiyasından çıxa bilməyən ölkələrdə "Qızımı oxutmuram, yoldan çıxar", "Uşaq yaşında ərə verim, böyüyüb kimisə sevər birdən" fikirləri ilə yaşayan ailələr var. Qız hələ özü uşaqkən məcbur evləndirilir, uşaqlar dünyaya gətirir. Bir neçə il keçir, ərinin əslində necə bir əclaf olduğunu başa düşür. Əri döyür, atası deyir "Məbada boşanıb üstümə gələsən." Əri xəyanət edir, qohumlar deyir "Boşanıb neyləyəcəksən, uşaqlar əl-ayaq altında qalacaq." Beləcə qadının həyatı başqalarının onun adına veriyi qərarlarla məhv olur. * Bir anlıq Şekspirin əslində kişi adı ilə o dahi əsərləri yaradan bir qadın olduğunu düşünün. Belə qadın yazıçıların sayı heç də az olmayıb, ona görə də, təsəvvür etmək çətin olmaz. Öz qadın kimliyindən istifadə etsəydi, o əsərlər bu günə gəlib çatardı? Birincisi, orta əsrlərdə oxuyub yazmağı bilən bir qadının ola bilməyəcəyinə, əgər qadın savadlıdırsa, onun cadugər olduğuna əminliklə inandıqlarından edam olunardı və əsərləri yandırılardı. Əsərlər qalsa belə, bu qədər oxunardı? Yazar qadın olanda hələ oxumamış önyarğı yaranacaqdı. Başqaları da "Axmaq qadın kitab yazıb" dedikləri üçün gülünc kitablar olaraq qəbul olunacaq, bütün dünyanın heyran olduğu əsərlər bu günə çatmayacaqdı.
Kendine Ait Bir Oda
Kendine Ait Bir OdaVirginia Woolf · İndigo Kitap · 201738,1bin okunma
·
161 görüntüleme
Mrcl okurunun profil resmi
Balını niye kesdiniz kitabın ?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.