Gönderi

200 syf.
7/10 puan verdi
·
Read in 4 days
Salamm Deməli belə. Çox saylı israr və darlamalar ilə bu platformada ilk (böyük ehtimalla bacara bilməyəcəyim üçün, həm də sonuncu) azərbaycanca şərhimi yazıram. Ağ Zanbaqlar Ölkəsi. Öncəliklə, bu kitabı oxuyub düzgün qiymətləndirmək üçün önyarğılardan tam uzaqlaşmalısınız. Çünki oxuyanların bir qismi "həyatımda oxuduğum ən möhtəşəm kitab" deyir, bir qismi isə, "çox boş, şişirdilmiş, gərəksiz kitabdı" deyir. Mən ikisinə də qatılmıram. Yəqin ki, siz də qatılmayacaqsınız. Kitab, Qriqori Petrov adlı sayğıduyulan bir ruhaninin SSRİ'yə birləşdirilmiş Finlandiyaya çoxsaylı səfərləri zamanı əldə etdiyi təcrübələr əsasında yazılıb. Belə ki, son əsrə qədər daimi olaraq kiminsə tabeliyində yaşamış ölkə hədsiz dərəcədə çox problemin içində boğuşur. Üstəlik iqtisadiyyatlarını dirçəldəcək heç bir iri təbii sərvətləri də yoxdur. Hələ ki. Fin xalqının çox başqa bir sərvəti var. İnsan gücü. Ağıllı, düşüncəli, bacarıqlı, çalışqan, vətəninə bağlı insanlar. Bu güc onları bir əsr içində fantastik dərəcədə dəyişəcək. Latınların xüsusən tibb dünyasında məşhur olan bir deyimi var : Per Aspera, Ad Astra. Bədii tərcümə ilə, "Çətinliklərdən ulduzlara" anlamındadır. Daha dəqiqləşdirsək, "bataqlıqlardan ulduzlara, işıqlı yollara." Məgər ağzına qədər bataqlığa, çirkaba bulaşmış bir insan fantastik bir təkamül keçirdə bilər? Bəs 3 milyonluq insan kütləsi necə? Belə bir xalq, toplum 20, 30, 50 il ərzində 180⁰ dəyişə, 1 əsr ərzində isə bütün digər dövlətlərin, xalqların həsəd apardığı bir yerə çevrilə bilər mi ? Açığı, bu kitaba qədər bu sualı mənə soruşsanız, ümid var deyərdim, amma tərəddüdüm olardı. Belə bir yüksəliş hekayəsi çox inandırıcı gəlmir insana... Ancaq mümkünmüş. Həqiqətən, birgə əməklə, inam və səbrlə bacarmaq olarmış. Fin xalqı bunu bacara bilib. Qayıdaq kitaba... Necə idi ? Həqiqətən yaxşı. Ancaq əsasən ikinci yarısında. Kitabın ilk 100 səhifəsində, xüsusən də, ilk 50 səhifəsində inanılmaz təkrar, uzunçuluq vardı. Və daha önəmlisi, yazıçı özü ancaq olayın yekununa fokuslanıb sanki. Səbəbləri, Finləri müvəffəq edən yolları anlatmaq əvəzinə, ancaq nəticəni tərifləyirdi... İrəliləyən səhifələrdə Qriqoriy sözü Yarvinenə, Karokepə, kəndlilərə, həkimə və ruhani Makdonalda ötürür. Bu hissələr artıq həqiqətən maraqlı idi. Öyrədici, dərs çıxarılacaq paragraflara sahib idi. Sırf bu hissələrə görə kitab oxunmağa dəyərdi. Ancaq... Qriqoriyin əlində çox möhtəşəm bir mövzu və material var ikən, kitab daha sönük qalır. Əlbəttə, bu insan yazıçı deyil. Ancaq yenə də, bu mövzuda istər bədii, istər metodiki, istərsə də fərdi inkişaf tərzində çox daha güclü, təsiredici kitab yazmaq olardı. Yekun olaraq, alsanız, oxusanız, vaxt ayırdığınız üçün peşman olmazsınız. Amma dəhşətli gözləntilərlə başlamayın və həyatınızda bambaşqa bir səhifə açmasını da gözləməyin. Belə. Ümid varam, şərhimlə sizi yormadım. Oxuyacaq olan şərhə də yazar. Mənim kimi düşünən olacaq mı, maraqlıdır. Adios☆
Beyaz Zambaklar Ülkesinde
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · İstek Yayınevi · 2018100.5k okunma
·
151 views
Bu yorum görüntülenemiyor
İnci Zadə okurunun profil resmi
Yav düşündüyümdən qat-qat maraqlı olub, mən sənin təvazökarlığına niyə aldanıram axı? Əllərinə sağlıq, şərhin müko alınıb. Latınca deyimlər də şərhinə ayrı bir ruh qatıb. İlk azərbaycanca şərhin ola bilər, ancaq lütfən son olmasın. Bizi bu zövqdən məhrum etmə 🙁💜
Tinuviel okurunun profil resmi
Eheheheh sevmənə sevindim. Hər kitab üçün söz verməyim, amma mütləq davamı olacaq💜 Və nə qədər maraqlı yazsam da, bir Cinci Zadə yorumu olmaz ki...🤧
3 next answer
İnci Zadə okurunun profil resmi
Əslində əlbirliyi olsa, çox şey dəyişə bilər. Ancaq hər xalq fin xalqı deyil ki. Elə bizim xalq da. Heyif ki...
Tinuviel okurunun profil resmi
Təəssüf. Əslində gülməli olan odur ki, kitabda finlərdən danışdıqca insan "aa bu bizim millətdi kii" deyir, öz-özünə. Və bunu təxmin edəcəyindən çox daha tez-tez deyir. Demək ki, imkansız deyil. Sadəcə cəhd.
3 next answer
İnci Zadə okurunun profil resmi
Yav mənə də maraqlı gəldi açığı. Siyahıma əlavə etsəm, yaxşı olacaq hehehe
Tinuviel okurunun profil resmi
Olurr, oxuyub fikrini bildirərsənn Sadəcə aşırı beklenti ilə başlama, kifayətdir😂
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.