Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

400 syf.
10/10 puan verdi
·
42 günde okudu
"Cenni Herhardt əhvalatından Drayzer ABŞ-dakı böyük ictimai ziddiyyətləri oxucuya göstərmək üçün istifadə olunmuşdur. Drayzer öz əsərini yazdığı zaman Amerika ədəbiyyatında belə kitablar olduqca az idi. İlk baxışda romanın mövzusu məhəbbət olsa da əslində kitabın həqiqi mövzusu -sinfi bərabərsizliyin təsviridir. Cenninin taleyinin bütün faciəsi məhz bu faktdan doğur. Cenninin "aşağı" təbəqədən çıxması onun ürəkdən sevdiyi adamla nikahını qeyri-mümkün edirdi. Əmək və kapital münaqişəsi romanda verilməmişdir, lakin Drayzer Amerika cəmiyyətinin bir-birinə zidd olan iki qüvvəsini-Fəhlələri və kapitallistləri son dərəcə aydın göstərir. Drayzer təkcə bununla millətin birliyi haqqında burjua əfsanəsini darmadağın edir. Romanın başlanğıcında oxucuya elə gəlir ki, Cenni üçün əsas çətinlik atasının ciddi əxlaqi görüşləridir, lakin hadisələr inkişaf etdikcə daha artıq aydın olur ki, qəhrəmanın səadətə doğru yolunda əsas maneə ictimai qurluşun ədalətsizliyindədir. Bunu bizim qarşımızda canlanan həyat dramının qəhramanları da-hər biri öz şüuruna görə-az, ya çox dərəcədə dərk edirlər." Əsər məndə həddindən artıq dərin izlər buraxdı. Drayzer Cenni Herhardt obrazını elə mükəmməl ustalıqla yaratmışdir ki, insan onu öz əzizi zənn edir. Əsərdə belə bir hissə var." Cenninin mənəvi aləmini necə təsvir edək? Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan həyatdan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqələrinədək hədsiz gözəl, həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər, həyat onlar üçün cənnətdən pis olmazdı. Onlar gözlərini açarkən ətraflarında ürəklərinə yatan kamil dünya: ağaclar, güllər, səslər və rənglər dənizi görünürdü. Bu onların ən qiymətli mirası, ən yaxşı sərvətidir. Əgər onları heç kəs: «Bu mənimdir» sözlərilə dayandırmasaydı, bu adamlar səadətdən qanadlanaraq, bir zaman bütün dünyanın eşidəcəyi mahnı ilə bu torpaq üzərində nəhayətsiz dolaşa bilərdilər. Bu mahnı xeyirxahlıq mahnısıdır." Cenni Herhardt obrazı doğurdan da, xeyirxahlıq və gözəllik təcəssümüdür. Yüksək təbəqəyə məxsus insanlar Cennidəki xüsusi mənəvi daxili aləmin gözəlliyini duyur və ona doğru can atırlar, lakin zahiri olaraq cenni kasıb təbəqəyə məxsus bir qulluqçu qızıdır. Bu səbəbdən həmin insanlar Cenni ilə ailə qurmağı öz cəmiyyətlərinə ləyaqətsizlik hesab edirlər. Və yaxud cəmiyyət bunu qəbul etmir. Hər bir halda bu yanaşma düzgün deyildir və hərtərəfli iyrəncliklə əhatələnmişdir. Oxunması mütləq olan əsərlər sırasında bu əsəri məsləhət görürəm. Hər kəsə xoş mütailələr.
Cenni Herhardt
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014437 okunma
·
232 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.