Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

844 syf.
·
Puan vermedi
·
31 günde okudu
Boris Pasternak.Çox dərin biliklərə,düşüncə səviyyəsinə,mədəniyyətə və hərtərəfliliyə malik bu insanın həyat yolları özü böyük bir romandır.O həm teatr yazarı,həm roman yazarı,həm şair,həm bəstəkar,həm də tərcüməçi olmuşdur.Maraqlı olan nədir bilirsiniz? Belə bir atalar sözü var:"İki dovşanın arxasınca qaçsan,heç birini tuta bilməzsən" deyə.Boris Pasternak bu atalar sözünü təkzib edən bir silüet,bir möcüzədir. "Bir işi necə etdiyin əslində digər işləri necə etdiyini ortaya qoyur" deyir bir mentor,guru.Boris Pasternak rus yazarı olaraq mükafata layiq görülmüş,tərcüməçi olaraq öz dövründə tərcümə elədiyi əsərlər ilə Rusiyaya böyük töhfələr vermiş,musiqi ilə məşğul olduqdan sonra bunu daha irəliyə daşıyaraq dünyamıza 3əsər belə bəxş etmişdir.2 dovşan yox,3 dovşanın arxasınca qaçan Pasternak üçünü də tutmuşdur.Doğrudan da ətraf mühit 100% əhəmiyyətə sahib olmasa da,müəyyən bir miqdarı əhəmiyyətə sahibdir.Ətraf mühiti pul kimi düşünürəm.Bir şeyləri əldə etmək üçün pul lazımdır,amma o hər şey demək deyildir.Pul olmadan da pulun ala bilməyəcəyi bir çox mənəvi hala insan özünü gətirə bilmə qabiliyyətinə sahibdir.Amma müəyyən bir mərhələdə ayaqda qalmağı öyrənmək və bünövrə yaratmaq üçün,dünyanın sərt reaksiyalarına cavabsız qalmamaq üçün o kiçik miqdar bizə öyrəşməyə kömək edə bilər.Bir şeyi buraxmaq,buraxa bilmək üçün o şeydən doymaq lazımdır,elə deyil mi?Boris Pasternak da ətraf mühitdən doyacaq bir səviyyədə idi.Hələ o cavan ikən evlərinə böyük bəstəkar Skryabin,böyük filosof,düşünən,yazar Tolstoy və Rainer Rilke,bəstəkar,orkestra şefi və pianist Raxmaninov kimi insanlar ayaq basardı.Düşünəndə dərk etmək mümkündür ki,elementar bir tərzdə:evimizə hansısa dili mükəmməl səviyyədə bilən bir tərcüməçi,və yaxud hansısa fəni tədris edən bir müəllim gələndə,istər-istəməz öz peşələrinə və sevdikləri işə olan hörmət və bağlılıqdan asılı yaranan hislər nəticəsində,onlar daima öz işlərini məclisdə,qonaqlıqda və s. Yerlərdə ortaya qoymaq istəyirlər və bundan bəhrələnə biləcək insanlarla daha çox söhbət edirlər.Beynimiz ətrafdakı hadisələrə reaksiya verərək,özünə uyğun olan şeyə "yapışır".İnsanın içində yatan hansısa istedad özü tərəfindən ortaya çıxmadıqda,sanki təbiət bunu ortaya çıxarması üçün bir qüvvə (başqa bir insan) ilə ona təsir göstərir.Boris Pasternak haqqında da məhz belə düşünürəm. Şanı bütün dünyanı bürüyən bu əsər yazara Nobel mükafatını qazandırsa da,bəzi mənbələrə görə ölkənin əleyhinə düşüncələr və iradlardan ibarət olan bu sərin mükafatını rus hökuməti Pasternak almağa qadağa qoymuş,digər mənbələrdə isə deyilənə görə,Pasternak özü ölkəsinin daha çox ziddinə getməmək üçün bu mükafatdan imtina etmişdir.Keçək əsər haqqında düşüncələrimə. Yaşadığı illər 1905-ci il rus inqilabı ilə üst-üstə düşən və çətin anları,günləri,gecələri müşahidə edən Pasternak bu hislərini və Rusiya hökuməti haqqındakı iradlarını "Doktor Jivaqo" adlanan irihəcmli və bir çox dillərə tərcümə olunmuş romanı ərsəyə gətirmişdir. Orta məktəbdə də çox dərin bir səviyyədə tarix ilə maraqlanmadığıma görə inqilab hissəsini əksik verə bilərəm,bunun üçün qüsurumu görməzdən gəlməyinizi yox,səhvim varsa düzəltməyinizi xahiş edirəm.Ancaq, əlbəttə ki,bir az araşdırma etdim bu mövzu ilə əlaqəli. Kitabda sözü gedən inqilab 1905-1907ci illəri əhatə edən birinci rus inqilabıdır.Bu inqilabın qarşısında duran vəzifələr mütləqiyyətin (ali dövlət hakimiyyətinin bir nəfərin – padşahın əlində olduğu idarə üsulu, qeyri-məhdud monarxiya, mütləq hakimiyyət) devrilməsi,təhkimçiliyin (mülkədarların, onlara məxsus olan kəndlilərin əməyinə, malına, canına tam sahib olduqları ictimai quruluş; krepostnoyluq) qalıqlarının məhv edilməsi kimi idi.1904-cü ildə baş verən Rus-Yapon müharibəsindən sonra Rusiyada fəhlələrin,kəndlilərin,maddi halı pis olan şəxslərin vəziyyəti daha da ağırlaşmışdı.Və bununla əlaqədar olaraq,bu hakimiyyətə baş əymək istəməyən Putilov zavodunun fəhlələri şərtləri: 8 saatlıq iş,gecə məsaisinin olmaması,minimum əmək haqqının 1rubl olması və yaxud da ləğv edilməsi ilə əlaqədar yürüyüş keçirdilər.Bunu digər zavodların fəhlələri də dəstəklədi.Bu təşkilatın arasında gizli polisin casusu kimi sızmış olan Qapon insanların çara qarşı müsbət münasibətindən istifadə edərək,Qış sarayına doğru dinc yürüyüş planını ortaya atdı.Paytaxt qarnizonu isə sıx qoşunlarla əhatələnmişdi.Yanvar ayının 9-da əlində Çarın portreti və İsa Məsihin sürəti ilə Qış sarayına doğru hərəkət edən fəhlələr və ailələri bu qarnizonlar tərəfindən atəşə tutuldu.Rəhmsizcə,qəddarcasına.Bununla bitmədi,süvarilər insanların üzərinə gəldilər və onları tapdalamağa,doğramağa başladılar.Təxmini bilgilərə görə 1000 nəfər ölmüş,4000 nəfər yaralanmışdı.Bu gün tarixə "Qanlı bazar" kimi keçdi.Azərbaycanda rus qoşunları tərəfindən törədilən "Qara Yanvar" və bu "Qanlı bazar"...İnsan sanki insanı məhv etmək üçün dünyaya gəlibmiş kimi davranır.Oysa ki,sevmək,anlamaq,xoş görmək..Bunu hər insan bacarsa idi,buna addım atsa idi,nə baş verərdi?İnsanın cəlladı insan mı olmalıdır?İnsan insana çatmayandan sonra nə fərqi var,nə mənası var o insanlığın?Bəşərin vəzifəsini çiyinlərində daşımaq istəməyən insanlar nə qədər cəlladlığa davam edəcəklər,bu yükdən çiyinlərini azadlaşdırmayacaqlar? Jivaqonun bu əsər üçün Nobel almağını indi daha mənalı şəkildə dərk etdiyimizi düşünürəm.Bu qanlı tarixi əks etdirən,insanların əziyyətlərini,gündəlik qayğılarını,rifahlarından uzaqlaşdıqlarını,sevdiklərini basdırdıqlarını,güllədən yayınanların özünü ölülüyə vuraraq həyatın ehtirasına doğru yüyürənləri-mübarizə aparmaq üçün hər şeyə rəğmən ayaqda qalanların hekayəsini əks etdirən bir roman.Burda sevgi də var,müharibə də,ölüm də,qalım da,varlıq da,yoxluq da,əziyyət də,xoşbəxtlik də,şikayət də,məmnuniyyət də..Bu roman Rusiyanın hərəkətlərinin nəticələrini bütövləşdirmiş bir inqilab xəritəsidir.Sadəcə çöldə baş verəni yox,içəridə olanları da mikroskopla göstərir bizə. Məncə daha artıq yazıb,əsərin gözəlliyinə toxunmayım.Sizə yaxşı mütaliələr,hüzurla qalın.
Doktor Jivago
Doktor JivagoBoris Pasternak · Şərq Qərb Nəşriyyatı · 20111,049 okunma
·
173 görüntüleme
Ûs okurunun profil resmi
👏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.