Fyodor Dostoyevski - Nalayiq lətifə
1862-ci ildə dərc olunan “Nalayiq məzəli əhvalat” Dostoyevskinin satirik üslubda yazılmış əsəridir. Əsər dövlət müşaviri, 43 yaşlı general İvan İliç Pralinskinin “humanizm” göstərmək ideyası ilə xəbərsiz şəkildə öz işçisinin toyuna gəlməsindən və bu “humanizm”in onu necə rüsvay edərək gülünc vəziyyətə salmasından bəhs edir. Əsərdə eyni zamanda Pseldonimovun timsalında “kiçik adam”ların həyat şəraiti, toy atmosferi və Peterburqun “alt” təbəqəsinin yaşam tərzi acınacaqlı və dəhşətli tərzdə böyük ustalıqla ifşa olunur.
Əsəri oxuyarlən Pseldonimova ürəyim ağrıdı. İvan İliçə isə yazığımmı gəldi, başına gələn xoşuma mı gəldi bilmirəm. Amma Dostoyevskinin qələmindən olan bu əsəri də oxuduğum üçün çox şadam...
Saxta yaxşılıq, özünü göstərmə çabası belə rəzillilə bitir və bitəcək. Özünü hamıdan yüksək görənlər beləcə enəcək...
16.04.2021 12:03