Riley Sager - Tüm kapıları kilitle
Jules Larsen - işdən qovulduğu gün sevgilisinin onu aldatdığını öyrənir. Artıq bir evi yoxdur və refiqəsinin evində qalmağa başlasa da bank hesabında 500 dollardan az miqdar pul var və o bu cür necə davam edərəm deye düşünərkən bir elanla qarşılaşır. NY-un ən məhşur binalarından birində bir mənzilə üç ay baxıcılıq edərsə 12min dollar alacağını öyrənir. Bəzi qaydalar vardır : hər axşamı bu dairədə keçirəcək, digər sakinləri narahat etməyəcək, ziyarət edəni, qonağı olmayacaq... Pula ehtiyacı olduğundan təkliflə razılaşır və işə başlayır. İlk əvvəl hər şey ona xoş gəlsə də binada qəribəlik olduğunu anlayır... Bartholomew’in qanlı keçmişi ilə bağlı xəbərlər və bir anda digər mənzil baxıcısının yoxa çıxmagı Julesı narahat edir və hadisələr başlayır...
İnanılmaz dərəcədə axıcı olan roman qorxu, gerilim janrındadır. Orxmasam da gerildim. Hətta gecələr oxuduğum üçün azca qorxmuş da ola bilərəm
Davam edən sujet parnormal hadisələr olacağını hiss etdirsə də, sonluq olfuüca fərqli bitdi...
eda köksal oxuyub sonluğunu çox bəyəndiyini deməsi ilə son anda aldığım bir kitab oldu və mən də bəyəndim. Hər kəsin sonluğu sevməsi məndə gözləntini yüksəltdi. Daha möhtəşəm sonluq gözləsəm də pis deyildi. Əsərin axıcılığı, maraq doğurması elə kifayet edir.
Axıcı rahat, beyin yormayan, klassiklərdən uzaqlaşıb rahat bir kitab oxumaq istədiyiniz zamanda sizin köməyinizə çatacaq bir kitabdır.
7.5/10
Hər kəsə xoş oxumalar.