Gönderi

416 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 saatte okudu
Kitab siyahımda hər növdə kitaba yer verməyə çalışan biri olsamda hərhal "science fiction" kitablarının yeri məndə tam ayrıdır. Amma bu janrın şah əsərlərini də oxumadan özünüzü sözün əsl mənasında həmin janrın sevdalısı da elan edə bilməzsiniz. Marslı və ya original adı ilə desək The Martian da tam olaraq bu kateqoriyadan bir kitabdır .Hansı ki, bəzilərimiz kitabı əvəzinə filminə baxmış, bəziləri mən kitabları filmlərdən üstün tuturam deyib kitabını oxumuş və qalan mənim kimi hər şeyə başını qatmağı sevən kəsim də həm kitabı, həm də filmi ilə maraqlanmışdır. Amma ən azından hamının ömründə bir dəfə də olsa adını eşitdiyi bir əsərdir. Marsı şəxsi mülkü kimi istifadə edən bir baş qəhrəmanımız var, Mark Watney, öz diliylə desək "space pirate". Texniki səbəblərdən öz yoldaşları onun öldüyünü düşünmüş və onu bir növ xəbərləri də olmadan doğurdan ölümə tərk etmişlər. O da öz müasir dövrünün "Robinson Crusoe" obrazına çevrilmişdir.  Əgər səhv xatırlamıramsa əsərin yazıçısı olan Andy Weir bu əsəri gənclik illərində bir hobbi olaraq öz qurduğu internet saytında yazmağa başlamışdır. Bu məlumatı Barış Özcanın yazar haqqında hazırladığı bir videodan görmüşdüm. Bəlkə maraqlı olar sizə də. youtu.be/Wnz0HkCJ_Lw Yazıçının əsəri yazma tərzi məndə doğurdan maraq oyatdı. Necə deyərlər  əsl "sarkazm"  zəka işidir və o da bunu uğurla bacarıb. Baş qəhrəmanına aşıladığı zəka səviyyəsini isə özünün də əsərində dediyi kimi ifadə etməkdə bir səhv görmürəm :D "Mark, seni sinsi, zeki hergele!" Bununla yanaşı əsərdə sizi dayanıb düşünməyə vadar edən hissələr də var. Biz insanlar çox vaxt tənhalığı sevsəkdə özümüzün seçmədiyi bir tənhalığın necə də bərbat ola biləcəyini açıqca görə bilərik. Sadəcə sizdən ibarət bir dünya başlarda maraqlı görünsə də zamanla insanın əsl  təbiətinin bu olmadığını aydın şəkildə göstərir. "Pathfinder'la uğraştığım tüm bu zaman boyunca, bu anın nasıl olacağını hayal ettim. Biraz hoplarım zıplarım, sevinç naraları atarım ya da belki dağa taşa hareket çekerim (çünkü kahrolası gezegenin alayı bana düşman) diye düşünüyordum fakat böyle olmadı. Hab'a geri döndüğümde, GDF elbisemi çıkardım, toprağın üzerine oturdum ve ağlamaya başladım. Birkaç dakika küçük bir çocuk gibi hüngür hüngür ağladım. En sonunda burnumu çekmeye başladım ve derin bir huzur hissettim.  Güzel bir huzurdu bu.  Şimdi aklıma geldi: Madem artık kurtulma şansım var, utanç verici anları günlüğe kaydetme konusunda daha dikkatli olmam gerekiyor. Günlük girişleri nasıl siliniyordu ki? Görünürde bir seçenek yok... Neyse, buna sonra bakarım. Yapmam gereken daha önemli işlerim var.  Konuşmam gereken insanlar var benim!" Digər tərəfdən də tək bir insanın belə nələrin üstəsindən gəlməyə qadir olduğunu görmək məncə növümüz üçün ümidverici bir şeydir.  Bütün canlılar arasında insan bəlkə də ən mükəmməli olmaya bilər amma heç şüphəsiz ən maraqlı varlıqdır. Dünyanın Mark Watney'i xilas etmə cəhdləri və onu dörd gözlə gözləmələri isə əslində nə qədər fərqli olsaqda dərinliklərdə hamımızın ortaq hisslər bəslədiyini və qəlblərimizin bir atdığınının sübutu deyil də nədir¿
Andy Weir
Andy Weir
Marslı
MarslıAndy Weir · İthaki Yayınları · 20228,7bin okunma
·
1.435 görüntüleme
admiral914 okurunun profil resmi
Şərhiniz necə də hərtərəflidir😍 bayıldım
Waterlily okurunun profil resmi
Çox sağ olun :)💘
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.