·182 syf.··Beğendi
···Okunma: 18 Mayıs 2021 18:25 Bu kitabı təsadüfən aldım.İndiyə kimi Anarın yaradıcılığı ilə bağlı bir əsər belə oxumamışam.Dedim hərşeyin bir ilki var.Kitabı az əvvəl bitirdim,aldığıma və oxuduğuma qətiyyən peşman deyiləm.Əksinə bitirdiyim üçün biraz pis oldum,kaş biraz daha uzun olsaydı.O zaman 10 xal verərdim bəlkədə.Əsər oxuduğuma görə dünyada bir ilk həm utopik həmdə distopik janrların harmanlanmasi ilə yazılıb.Bu iki tərzin birləşməsi çox mükəmməl bir iş ortaya çıxarıb.İlk hissəsi firavan və ideal,yazıçı və mənimdə görmək istədiyim Azərbaycana aiddir.Bu hissə çox çəkmir və ikinci hissə-Viran olmuş yurdumuzu göstərir-dəhşəti andıran bir fəlakət ssenarisidir.Əsər çox axıcıdir,birnəfəsə bitirmək mümkündür.Qısacası mən bu əsəri bəyəndim,ruhuma toxundu və məni tətmin etdi,sadəcə birazda uzun olmasını istərdim...